Ailədə ər-arvadın vəzifələrindən daha üstün rəftarları

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1 954
Səs ver:
(səs: 3)
Ən birinci məsələ ər-arvadın bir-biriləri ilə danışıq tərzidir. Başqaları ilə də danışıq tərzinin necəliyinə - uşaqlarla və böyüklərlə danışığın fərqinə, kişi və qadınla ünsiyyətin necəliyinə diqqət göstərilməlidir. Uşaqlarla dialoq qurmaq onların inkişafında təsir qoyan önəmli məsələlərdən biridir. Əksinə olduqda, yəni dialoq, fikir və hisslərin bəyanı üçün şərait yaradılmadıqda uşağın səmimiyyəti məhv olur, ətraf aləmlə tanışlığın qarşısı alınır. Ailə mühiti danışıq tərzinin kamil inkişaf etdirilməsi üçün ən yaxşı məkandır. Evdəki danışıq tərzi qadın üçün əhəmiyyət kəsb etdiyi qədər kişi üçün əhəmiyyət kəsb etmir, kişi ancaq başqaları ilə birlikdə olduqda danışıq tərzinə çox fikir verir. İslam təlimləri danışıq tərzinin necəliyi və məzmunu haqqında tövsiyələr vermişdir və bu tövsiyələr danışığın əvvəlindən başlayaraq sonuna qədər lazım olanları əhatə etmişdir.

Birinci növbədə, ailə üzvlərinin bir-biriləri ilə danışıq tərzi olduqca ehtiramlı şəkildə olmalıdır. Sözsüz ki, bir-biriləri ilə danışarkən səs tonu mülayim olmalıdır. Qurani-Kərim "Loğman” surəsi 19-cu ayədə ailədəki səs tonuna fikir verməyin əhəmiyyətini belə bildirir: ” Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və danışanda səsini qaldırma, çünki ən çirkin səs uzunqulaq səsidir!”

Mərifətli danışığın nişanələrindən biri ər-arvadın hər birinin digərini ən çox xoşladığı adla çağırmasıdır. İkincisi: xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri ailə üzvlərinin bir-birinə olan sevgisini sözdə büruzə vermələridir. Ailə üzvlərinin bir-birinə sevgisini sözdə büruzə vermələri aralarındakı səmimiyyətin dərinləşməsinə kömək edir. Üçüncüsü: ailə üzvlərinin sözdə bir-birilərinə təşəkkür etmələridir. Valideynə təşəkkür etmək Allaha təşəkkür etməklə bir sırada durur (Loğman surəsi, 14-cü ayə: (Biz insana buyurduq:) "Mənə və ata-anana şükr et!”). Ər-arvad da diqqətə layiq işlərin müqabilində bir-birinə təşəkkür etməlidir. Kişinin qadına ailədəki zəhmətlərinə görə təşəkkür etməsi onu daha da həvəsləndirir və bundan başqa ailədəki səmimiyyəti artırır.

Ailə mühitində Allahın verdiyi nemətlərdən söhbət açmaq çox əhəmiyyətlidir, çünki bu, şəxslərin öz həyat tərzlərindən razı qalmalarına kömək edir. Əslində şükr etməyin insanın özünə çox böyük faydası vardır. İnsanlara edilən təşəkkür və göstərilən lütf Allaha şükrün bir hissəsidir. Əks təqdirdə, yəni insanlara şükr etmədikdə şəxs, Allaha da şükr etməmiş olur. Bu ailə üzvləri üçün də keçərlidir, çünki hər kəs valideynlər, həyat yoldaşı, bəzən övladlar kimi maddiyyat və səmimiyyətə duyulan ehtiyacı ödəyə bilmir.

Münasib danışığın qurulmasına bəzi rəftarlar mane olur və ailə üzvləri bu rəftarlardan çəkinməlidirlər; Həmin rəftarlardan bəzilərini diqqətinizə çatdırırıq: boş danışıq, bir-birinin sözünü kəsmək, mübahisə, xüsusilə də əhəmiyyəti az olan məsələlər ətrafında mübahisə aparmaq, əsas mövzudan kənara çıxmaq, təhdid və hədələmələr, kobud sözlər (söyüş) işlətmək, məsxərəyə qoymaq, kəskin və tünd şəkildə tənqid etmək və çox danışmaq. Məsələn: Bütün ailə üzvləri bir yerə toplaşdıqda, bəzi ailə üzvlərinin gizli söhbət etmələri münasib deyil, çünki bu digər ailə üzvlərinin narahatlığına səbəb olur. Quran başqalarının qarşısında gizli söhbət etməyi birbaşa qadağan edib (Mücadilə surəsi, 7-10-cu ayələr). İslam təlimləri istər ciddi, istərsə də zarafatyana yalan danışmaq şəxsin aydın münasibət fəzasına zərər yetirir. İkinci məsələ danışıq tərzi ilə deyil, ailə üzvlərinin bir-birinə olan rəftarları ilə əlaqədardır. Burada bədən hərəkətləri necə oturmaq, dayanmaq, digəri ilə tutduğu məsafə, üzün haləti (tutqunluğu, təbəssümü), baxışların dikilməsi diqqət mərkəzində durur, belə ki, bütün bu sayılanlar istər-istəməz öz təsirini göstərir.

İslam təlimləri şəxslərə tövsiyə edir ki, insanlarla, xüsusilə də ailə üzvləri ilə gülər üzlə rəftar edin, çünki açıq və gülər üzlü olmaq insanların qəlbini cəzb edir, məhəbbəti artırır, sevinc və şadlıq gətirir, kini aparır. Mömin insan haqqında deyirlər ki, qəlbi dərdlə dolsa da insanlarla təbəssümlə danışar. İnsanlardan üz çevirmək münasibətlərə mənfi təsir göstərir və Quran insanları bu rəftarlardan çəkindirir (Loğman surəsi, 18-ci ayə: "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma... ”) Ər-arvad bir-birinə mehribancasına baxmalıdır; övladın valideyninə baxışı, valideynin övladına baxışı belə olmalıdır.

Ailə mühitindəki rəftarlara dair verilən tövsiyələrdən bir hissəsi mühitin təmizliyinə, ər-arvadın bir-biriləri üçün, ailə üzvlərinin bir-biriləri üçün təmizliyə riayət etmələrinə aiddir. Yəni hər bir ailə üzvü ailə daxilində də təmizliyini qorumalıdır. Bu, məhəbbətin artmasına səbəb olur. Ən əsası isə ailə üzvlərinin bir yerə, xüsusilə, axşamçağı bir yerə yığışmasıdır. Peyğəmbər (s) ailə ilə birlikdə olmağın Mədinə məscidindəki ibadət və etikafdan daha çox Allaha xoş gəldiyini elan etmişdir. Ailə ilə birgə süfrə arxasında oturmağın əhəmiyyəti haqqında isə Peyğəmbər (s) belə buyurur: "Hər bir kişi yemək süfrəsini açıb, öz arvad-uşaqlarını süfrəyə dəvət edərsə və Allahın adı ilə yeməyə başlayıb, Allaha şükrlə yeməyi bitirərsə süfrə hələ toplanmamış Allahın rəhməti və əhvi onlara nazil olar .”

İslam təlimlərində qadınla kişini ev işlərində bir-birinə kömək etməyə şövqləndirən maraqlı nöqtələr vardır: "Əgər qadın və ya kişi öz həyat yoldaşına bir qurtum su içirtsə, bunun savabı bir illik oruc və gecə ibadətlərinin savabından çox olar, həyat yoldaşına içirtdiyi hər qurtum suyun müqabilində Allah cənnətdə bir şəhərin binasını qoyar və onun altmış günahını bağışlar”. "Ev işlərini görmək məqsədilə bir əşyanı bir yerdən digər yerə qoyan qadına Allah nəzər salar və Allahın nəzər saldığı kimsə əzab görməyəcək”.

Bütün bu tövsiyyələrə əməl edənlərin ailə fəzasını müsbət və səmimiyyətlə dolu əhval-ruhiyyə bürüyər.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri