Qadınlar 30 yaşda evlənsə

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 2 496
Səs ver:
(səs: 4)
Hava çirkliliyi, müxtəlif tüstülər, tıxaclar qadınlara daha çox təsir edir və onlarda döş xərçənginə gətirib çıxarır. Prof. Dr. Erhun Eyyuboğlu, "30 yaşından sonra ana olmaq döş xərçəngi riskini 4 dəfə artırır" deyib.

Erhun Eyyuboğlu xəstəliyin riskini artıran faktlarla bağlı bu məlumatları verib:

- Döş xərçəngi müasir dövrdə qadınlarda ən çox rast gəlinən xərçəng növüdür və gedərək də çoxalır. Son illərin tibbi inkişafı nəticəsində xəstəliyin diaqnozunu erkən qoymaq mümkündür.

- Döş xərçəngindən ölənlərin sayı digər diaqnozlara nisbətən 6% daha çoxdur. Dünyada orta hesabla hər il 10 milyon xərçəng faktı hesablanır. Bu xəstələrin 1 milyonu (10%) döş xərçəngidir.

- Döş xərçənginin belə geniş vüsət almasının dəqiq səbəbi bilinmir. Xəstəlik genetik, evlilik, doğuşlar, uşaq əmizdirmə, doğuşdan sonra istifadə olunan dərmanlar və s. formalarda yarana bilər.

Ailədə döş xərçəngi varsa özünüzü qoruyun

Genetik xəritənizi yoxlayın. Ailənizdə, xüsusilə yaxın qohumlarınızda döş xərçəngi olubsa, mütləq həkim müayinsəsindən keçməlisiniz. Həkimlərin səyi nəticəsində erkən diaqnoz qoyula və sizin üçün lazımi tədbirlər görülə bilər.

Magistral yollar təhlükəlidir

Magistral yolların ətrafında yaşayan ailələrdə döş, beyin kimi xərçənglərin yaranma riski 3 dəfə çoxdur.

Özünüzü tüstüdən qoruyun

1959-97-ci illərdə Nyu-Yorkda 35-79 yaş arası 3 min 200 qadınla təcrübə keçirilib.

Və nəticədə, tüstünün döş xərçəngi riskini nə dərəcədə yüksəltdiyinin şahidi olublar.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 496
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri