Hər bir qadın sağlam ailəyə sahib olmaq isəyir. Çünki xoşbəxtliyin açarı
da məhz düzgün qurulmuş ailədədir.Bolqariyalı alim-psixoloqlar ailənin
dağılma səbəblərini uzun müddət araşdırdıqdan sonra yaxşı ailə sahibi
olmaq istəyən qadınlar üçün aşağıdakı qanunları işləyib hazırlayıbar.
1. Düşünməyin ki, sənət, karyera və ya sosial status sizə ailə və
uşaqları əvəz edə bilər. Çətin olsa da, qadın həyatda hər şeyə vaxt
ayırmalıdır. Həmçinin qadın xarici görünüşünə, geyiminə ümumiyyətlə
qadınlıqla bağlı hər şeyə önəm verməlidir.
2. Yaxşı ailə göydən düşmür. Təbii ki, bunu bizə nə təbiət verir, nə də
öz-özünə yaranmır. O, da adi yaradılış kimidir. Çoxlu enerji, diqqət,
qayğı və bacarıq tələb edir. Həmçinin kişidən daha çox bu şeylər
qadından tələb olunur.
3. Dava, münaqişə zamanı günahı özünüzdə də axtarın, daha sonra
ərinizdə. Özgə çatışmamazlıqlar daha tez gözə dəyir, nəinki özününkü.
Ərinizin hər hansı hərəkətinə nə dərəcədə əsəbi olmağınızdan asılı
olmayaraq, səbir edin, gözləyin, sakitləşin və bundan sonra hərəkət
edin. Dərhal əsəbinizi göstərmək heç nəyi həll etməyəcək
4. Çalışın ərinizdə (həm daxili, həm xarici) müsbət xüsusiyyətləri
qabardasınız və imkan daxilində bunları ona deyin. Öz müsbət tərəflərini
eşitdikcə kişi daha yaxşı olmağa can atacaq. Həmçinin onun yanında necə
xoşbəxt olduğunuzu da deməyi unutmayın. Bu, onun sizə bağlılığını daha
da artıracaq. Unutmayın ki, belə sözlər ona güc verir. Birdəfəlik
anlayın ki, hətta intim sferada romantik kişi arzularınıza baxmayaraq
yenə də hər şey sizdən asılıdır.
5. Narazı, qaşqabaqlı olmayın. Hətta buna səbəb olduqda belə. Qəmgin,
kədərli qadın kişini tez bezdirir. İnan ki, kişinin də bir çox qayğı və
problemləri var. Ən yaxşısı düşünün ki, yaxın keçimşə qədər seçimdə
çətinlik çəkirdiniz və siz onu minlərlə kişinin arasında seçmisinuiz,
deməli, həqiqətən də bir-birinizə yaraşırsınız.
6. Əgər təsadüfən iş yoldaşınız və ya digəri ilə flirt baş verirsə,
dərinləşməyə imkan verməyin. Bu əlavə əzaba və ailədə problemlərə səbəb
olacaq. Yeni tapdığınız çətin ki, daha yaxşı və mükəmməl olacaq. Əgər
yaxından tanış olma imkanı olsaydı yəqin ki, o kişidə də daha çox və
ciddi çatışmamazlıqlar tapacaqsınız. Lakin yanınızdakına artıq
öyrəşmisiniz.
7. Çalışın övladlarınızda atalarına qarşı sevgi və hörmət aşılayasınız.
Onunla rəqabətə girməyin. Ürəyiaçıq olun. Uşaqları düzgün tərbiyə edin.
Onun valideynlərinə hörmət edin, xüsusiyyətlərindən asılı olmayaraq.
Büruzə verməsə belə, sizin səbir və xeyirxahlığınızı mütləq
qiymətləndirəcək.
8. Vacib qərarları təklikdə qəbul etməyin. Əgər bu ailə və sizin
həyatınızla bağlıdırsa. Hər şeyi ərinizlə müzakirə edin, əgər sonda
sizin təklifiniz keçərli olsa belə. Ən azından əriniz qərar qəbulunda
iştirak etdiyini biləcək və anlayacaq ki, onun fikri sizin üçün
önəmlidir. Cəmiyyətdəki liderlik xüsusiyyətlərinə baxmayaraq kişilər
ailədə qadınlardan daha artıq komplekslərə malikdirlər.
9.Qısaqanclığınızı boğun. Lakin biganəlik göstərmə həddinə də gəlib çatmayın.
10. Yuxarıda deyilənlər o demək deyil ki, siz ailənin quluna
çevrilməlisiniz və ya şəxsi qürurunuzu tapdalamalı, hadisələrə tənqidi
münasibət göstərməməlisiniz. Qəti şəkildə yox! Bunu mütləq büruzə verin
və ərinizdən də bunları tələb edin. Lakin hər zaman ehtiyatla, aradakı
pərdəni qorumaqla və ən əsası sevgiylə.