Qadınlar və kişilər

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 1092
Paylaş:
Səs ver:
(səs: 6)
Bu sözləri çox eşitmişik - "Kişilər ağıllı qadınları sevmir.” Nəsə boşluq var, düzdür? Bu cümlənin qarşısına "axmaq” və ya "uğursuz”  əlavə etdikdə, cümlə canlanır, məna qazanır, elə deyilmi..?! Məsələn, mən desəm ki, "Axmaq kişilər ağıllı qadınları sevmir” – bu cümlədə heç bir boşluq olmaz. Axı həqiqətən də ağıllı qadını sevməyən, axmaq qadınları, başıboşları üstün tutanlar özləri ən böyük axmaqdırlar. Və hörmətli axmaq kişilərin sırasında olanlar, sizə bir sirr açım: həqiqətən ağıllı olan qadın da "axmaq qadın ovunda olan” sizləri heç bir zaman özünə həyat yoldaşı və ya sevgili və hətta dost görməz. Yəni, qısası siz bu düşüncə ilə ancaq elə başıboşlara da layiqsiniz. Çox sərt oldu? Eybi yox, sizə bu da azdır. Həqiqətən ağıllı olan xanım, yanında güvənə biləcəyi, arxalana biləcəyi, qeybətdən uzaq, alçaqlıqlardan və boşboğazlıqdan uzaq əsl kişi görmək istəyir və gec və ya tez istədiyi insanı yanında tapır. Düzü bəzən ümid itirib, axmaqlarda "çarə” tapanlar da olur təəssüf ki.

Yaxşı, gəlin bir az xırdalayım. Niyə ağıllı qadın sevməyən kişilərə qarşı belə sərtəm, niyə onlar axmaqdırlar?! Hər şeyi bir kənara qoyub, fikirləşmirlər ki, bu xanımlar ana olacaqlar, əgər xanımım başıboşdursa, qul xasiyyətlidirsə və mən onun ağasıyamsa, sabah uşaqlarımda, cahil, bədbəxt və başıboş olacaqlar. Necə bir yapon atalar sözündə deyilir: "Kölə ana kölə övlad böyüdər” ..  Düşünmür ki, sabah mənim ailə dəyərələrim olmayacaq, mən xanımımın ağzını açmasından qorxacağam, məclislərdə onunla fəxr etməyəcəyəm.

Axmaq axı belə dərin fikirləşə bilməz... Axmaq kişi qadını ilə fəxr etmək istəməz, bundan qorxar, çünki qadını ilə fəxr elədikcə, özü kiçiləcək, özü kiçikdir, mikroskopikdir, görünmür, qorxur. Axmaq kişi, ağıllı qadının istəklərindən qorxar, qadının öz dəyərini bilməyindən, haqqlı tələblərindən qorxar, axı o luzerdir, həyatı ancaq şikayətlə keçir, axı o bacarıqsızdır. O bir şeyi dərk edir ki, axmaq qadını ələ almaq, onu süründürmək, kölə, itaətkar qul etmək asandır və belə etməklə, o özü eqosundakı boşluqları doldura bilər. Bədbəxt varlıqlarsınız – axmaq qadın və kişilər…
 
Xülasə, çox sizi yormayım.. Nəticə ondan ibarətdir ki, ancaq axmaq və luzerlər özləri kimilərini cəlb edirlər və özləri kimilər tərəfindən cəlb edilirlər. Bütün kişilərin adına bunu yazmayın. Ağıllı, özünəgüvənən kişilər ağıllı qadınları sevir. Çünki, ən azından ağılsızları özlərinə layiq bilmirlər. Sevəndə də keyfiyyətli sevin, dəyərinizə dəyər qatan insanlarla sağlam ailə qurun.. Sağlam gələcəyimiz naminə.

loading...
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 1092
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Luna-90
Kisileri baltaliyiblare bu movzu ile 122
26 mart 2015 21:22
10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Nergizz
kim ne deyrse desin,kim ozunu nece aparirsa,qabagdaki ele davanir,gerek herkesle herweyde mesafeli olasan heyat yoldawi olsa bele,
24 mart 2015 10:40
9
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
Qlamurr
Ağıllı kişi əksinə həmişə yanında ağıllı,dünyagörüşlü,savadlı,təhsilli qadın olmasını istiyir,çünki ağıllı qadın həyat yoldaşı olmaqla yanaşı,həm də mənəvi cəhətdən dəstək olur,ancaq ağılsız kişiyə ağıllı qadın sərf eləmir.
23 mart 2015 21:01
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Tomris Müslümova
duzdu!! axmaq kisiler agilli qadinlari sevmiller,gedib seyin birini alillar sorada kisinin arxasinnan qesssey isler ceviriller ama agilli qadinlar ele seyi elemez
23 mart 2015 19:01
7

Sən sadəcə mənimsən...!
Offline
Fialka
Ağıllı, dünya görüşüşlü birisi fərqi yoxdu qadın və yaxudda kişi əlbətdə istəyərki qarşısındakı şəxs hər sözündən onu anlayan, maraqları oxşar olan birisi olsun ancaq dar düşüncəli birisi istəməz onun yanındakı öz sözünü deyə bilsin hər mənada və buna görədə özü kimi axmaq qadınlara üstünlük verirlər...xəbəri redaktə edənə təşəkkürlər.
23 mart 2015 16:11
6
Offline
vipbetul
doru deyilib axilli kishi isdeyer ki yanindaki xanimida axilli dunyagorushlu intiligent olsun,axmaq kishi tebiki chevreside dar dushunceli olduqundan isderki ciliz duhsunceye bunun dediyine emel eden bir xanim olsun,axilli qadin ailenide axilla idare ediher zaman dik tutur bilirki sonucda evi xanim idare edir
23 mart 2015 15:15
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Nergizz
maraqlidir,dogurdan beledi,twk xebere gore,
23 mart 2015 13:50
4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
rəmsə
Sağol fialka bizə xırdalıqları ilə ətraflı başa saldın ,bizə bir şey deməyə ehtiyac qalmadı...
23 mart 2015 12:28
3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
neri
mence kisi var agili ustun xanim sevir cunki onunda agili ustundu ve fikirlesirki onunla ayaglassin.ama kisi var hecne bilmeyen qadin isteyirki o hecne bilnrsun kole olsun onun isini gorsun usaglara baxsin.ama ele xanimlarda var hem agilli kisi ister elesi avam isterki onu ozu idare elesin belu var belelri.men ozune guvenen xanimlari cox sevurem.ve ozumde eleyem
23 mart 2015 11:17
2
Sert
Offline
BARBI
Mende agilli qadin ve kisileri sevirem agilsiz insanlarla isim yoxdur. Mende agilli ve ozume guvenen insanam ozum kimi de insan sevirem
23 mart 2015 11:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook