Doğru insanla evliyəm?

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 2 854
Səs ver:
(səs: 3)
Doğru insanla evliyəm?

Bu sualı özünüzə verəndə cavab verməkdə çətinlik çəkirsiniz? Cavabı asanlaşdırmaq üçün sizə yol göstərən işarələrdən bəhs edək.
Bir azdan oxuyacağınız həyat yoldaşı davranışlarından hansıları sizin həyatınızda var? Hamısı olmasa da ən az 5 dənəsinin olması yaxşıya işarədir. Çoxu varsa, gözəl bir evliliyiniz var deməkdir!

1. Davamlı sizi tərifləyir: Siz ondan söyləməsini istəmədiyiniz halda, o, başqalarına sizin işdə əldə etdiyiniz müvəffəqiyyətinizi, gözəl bir konsert üçün bilet tapmağı bacarmağınızı, qonaqlarınızı ən yaxşı bir şəkildə qəbul etməyinizi, doğru tətil marşrutu seçimi etmənizi tərifləməkdən çekinmirsə, doğru adamla bərabərsiniz deməkdir. O, sizin ən böyük pərəstişkarınızdır (Təbii ki ananızdan sonra!)

2. Birlikdə keçirdiyiniz o qədər illərə baxmayaraq sizə nəzakətli yanaşırsa: Qapını açmaq, əyləşərkən stulunuzu çəkmək, əlinizdəki paketləri daşımaq, dikdaban ayaqqabınız ayağınızı incidəndə sizi liftə qədər qucaqda daşımaq kimi centlmen hərəkətlərə davam edirsə, çox şanslısınız!

3. Sizi dəyişdirməyə çalışmırsa: Siz ondan daha dağınıq olsanız da, bəzi mövzularda əlinizdə olmadan düşüncəsizlik etsəniz də, sizin baxış bucağınız onu əsəbləşdirsə də hamısına razı olan biri ilə birlikdəsiniz? Bütün çətin vəziyyətləri danışıb həll edə bilirsinizsə və həyatınıza qaldığınız yerdən davam edə bilirsinizsə, doğru insanla birlikdəsiniz deməkdir.

4. "Sənin üçün darıxdım" sözünü içinizdən gələrək deyirsinizsə: Axşam evdə görüşəcəyinizə baxmayaraq onu və birlikdə keçirəcəyiniz əyləncəli zaman üçün darıxdığınızı hiss edirsinizsə, nə xoşbəxt sizə!

5. Onun qarşısında utanmadan ağlaya bilirsinizsə: Hər nə qədər sizin, filmin bir səhnəsinə ağladığınızı bilirsə də sizi utandıracaq bir şərh etmirsə, o möhtəşəm bir kişidir!

6. Dostlarınız davamlı ərlərindən şikayət edərkən siz səssiz qalırsınızsa: Arvadıyla əsla çölə çıxmayan, yalnız kişi yoldaşlarıyla vaxt keçirən; ən kiçik bir ev işinə toxunmayan, əksinə evin çirklənməsinə maksimum təsir edən kişilərdən şikayət edən dostlarınızla birlikdə olarkən səssiz qalmaq sizin şanslı olduğunuzu göstərir. Bütün bunlar sizin yaşamadığınız problemlərdirsə dməli, doğru adamla evlisiniz!

7. Dostlarınıza əhəmiyyət verirsə: Bir yoldaşınızın problemi olduğunda sizi, dostunuz ilə maraqlanmanız üçün təşviq edir və ya sizə yoldaşlarınızı axşam yeməyinə çağırmanızı təklif edirsə və onlarla sizin qədər maraqlanırsa, o nəzakətli bir kişidir!

8. Özünüzə kifayər qədər vaxt ayırıb bəzənməsəniz belə sizi gözəl hesab edirsə: Baxımsız olduğunuz, makiyaj etmədiyiniz, pijamayla oturduğunuz zamanlarda belə sizi gözəl və seksual hesab etdiyini söyləyir və ya hərəkətləriylə bunu məlum edirsə çox şanslısınız.

9. Tək qalmaq istədiyinizdə etiraz etmirsə: Sizi bəzi şeylər narahat edəndə yaşadığınız mühitdən uzaqlaşmağa ehtiyac duyarsınız. Həyat yoldaşınız tək qalmanıza, tək başınıza sizi yaxşılaşdıracaq bir şeylər etmənizə etiraz etmir, bundan narahat olmursa və onu tək narahat edənin sizin kədərlənmək olduğunu söyləyirsə, doğru həyat yoldaşı tapmısınız deməkdir.

10. Birlikdə keçirdiyiniz vaxtları davasız keçirirsinizsə: Axşam yeməyində, səfərdə, tətildə mübahisə edən cütlüklərə çox şahid olmuşuq. Birlikdə etdiyiniz fəaliyyətləri davasız, müzakirəsiz keçirə bilirsinizsə, yaxşı bir evliliyiniz var deməkdir!
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2 854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri