Kişinin evliliyə hazır olduğunu necə bilmək olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 973
Səs ver:
(səs: 0)
Kişilərin bekarçılıqla vida zamanını onların bioloji saatları müəyyən edir. Bunu tanınmış psixoloqlar etiraf edir. Bəs qadınlar sevgililərinin evliliyə hazır olduğunu necə müəyyən edə bilər? Əgər qarşınızdakı kişinin hərəkətlərinə diqqətlə nəzər salsanız, bunu görmək olar. ANS PRESS türk mətbuatına istinadən bunun bir neçə asan yolunu oxuculara təqdim edir. İngilis professoru Karol Morqan yaşları 17-70 olan minlərlə kişini tədqiq edib.

Məlum olub ki, kişilərin evliliyə hazır olduqlarını göstərən ilk əlamət onların barlara və gecə klublarına istəksiz getmələridir. Araşdırmaya qatılan kişilər belə yerlərdə özlərini təcrid olunmuş kimi hiss etdiyini deyiblər.

İkinci əlamət iqtisadi azadlıqdır. Kişilərin çoxu evlənməmişdən öncə iqtisadi cəhətdən güc əldə etməyi hədəfləyirlər. Məsələn, kommunal xərclərini belə çətinliklə ödəyən kişilər evlənmək, ailə saxlamaq haqqında heç düşünmürlər.

Ən əsas əlamətlərdən biri də uşaqlara olan sevgisi, atalıq duyğusudur. Əgər sevgiliniz uşaqlarla oynamaqdan böyük zövq alırsa, demək o, ata olmağa hazırdır.

Nəhayət "ər" kimi davranan kişilər. Əgər kişilər uzun vədəli planlar qurursa, demək evlilik onların ağlından keçir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri