Səni sevirəm...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 860
Səs ver:
(səs: 3)
Yeni ailə quranlar arasında aparılan araşdırmalara görә, son illәrdә ailəlәrin dağılmasının əsas səbəbi gәnclәrin bir-birinә güzәştә getmәmәlәridir.Nәnәlәrimizin, analarımızın fәdakarlıq göstәrәrәk, hörmәtlә 60 il qoruyub yaşatdıqları müqəddəs hesab olunan ailəni biz gənc nәsil qoruya bilirikmi? Bəs onlar ailəsini romantika hesabına qoruyublarmı? Ailənin qorunmasında romantikanın rolu varmı? İki il 6 ay 25 gün ... "Eşqin ömrü 3 ildir" kitabının müəllifi Frederic Beigbederin iddiası bir daha təsdiqlənmiş oldu. Araşdırmaların nәticәsindә müәyyәn olub ki, cütlüklәr arasında romantika ailә qurduqdan sonra 2 il 6 ay çәkir. Cütlüklər bunun sәbәbini diqqətsizlik, eqoizm, həyatdakı çətinliklər, ailə məişət problemlәri ilə əlaqələndirir. Onların fikrinə görə evliliyin ilk günlәrindәn, birinci ilindәn sonra kişilәrin sevdiyinә qarşı münasibәti dәyişir. Qadın isә hәyat yoldaşına gözәl görünmәk üçün sәrf elәdiyi vaxtı, ev işlәrinә, uşağa, boş qalan vaxtını isә ya qayınanasının, ya da ona qarşı yaxşı rәftar etmәyәn yoldaşının qohumlarının dedi- qodusunu etmәyә sәrf edәr. Belәliklә, ailə münasibətlərində ilk günlәrdәki kimi saf, tәmiz romantikadan әsәr-әlamәt qalmaz.  İngiltәrәdә beş min cütlük arasında aparılan araşdırmalara görә, cütlüklər evdә televiziya kanallarını dəyişməkdən tutmuş bir çox sahәdә qadınla kişinin bərabər hüquqa malik olduqlarını söylәyiblәr. 80%-dən çox kişi televizorun pultu mәndә olmalı, bir o qәdәr dә qadın mәndә olmalıdır deyә iddia ediblәr. Belә bir fikrin lazımsız olduğunu, güzәştә getmәlidir, deyәnlәr isә barmaqla sayılar. Sorğunun nəticəsinə görә, kişilәrin 70%- inin paltarlarını dәyişdikdәn sonra paltarlarının hәrәsini bir yerdә qoyması, corablarını ortalığa atması vә s. hәrәkәtlәri hәr qadın tərəfindən adi hal kimi qarşılanmır vә bu da böyük söz-söhbәtә sәbәb olur.
Araşdırmaların nəticələrinə görə, kişilәrin gileyi isə qadınların gözәl gecәliklәrinin yerini bir ildәn sonra "Mickey Mouse"li pijamaların tutmasıdır.
 
 Ailə münasibətlərində ilk günkü həyəcanı, romantikanı yaşatmaq üçün cütlüklər bir-birinә güzәştә getmәyi bacarmalı, hәr günü söz- söhbət yaratmadan gözәl keçirmәyə çalışmalıdırlar. Xanımlar, gözәl şam yemәyi hazırlayıb, şam işığında sevgilinizi qarşılayın, onunla xoş söhbətlər edin.
 
Kişilər, siz isə sevdiyinizә bir gül almaq üçün bayram və ya xüsusi günlәri gözləməyin, xanımınızın heç gözlәmәdiyi bir gündә ona kiçik bir hədiyyə bağışlayın. Bu hədiyyə gül, ətir və s. olmaya da bilər, inanın, ürəkdən söylənilən iki kəlmə həmin anda dünyaya əvəz hədiyyə olacaqdır: "Səni sevirəm..."
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 2 860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri