Həyat yoldaşınızı anlasanız, hər zaman xoşbəxt olursunuz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 172
Səs ver:
(səs: 2)
Həyat yoldaşınızın sizə qarşı münasibəti necədir? Sizinlə soyuq və aralı davranırmı? Uzun müddətdir ki, ünsiyyət quracaq, əlaqə yaradacaq istəyi belə görünmür, hə? Əgər belədirsə, bu, ciddi bir problemdir və aradan qaldırılması üçün də ciddi səylər lazımdır.  Aydın həqiqətdir və həyat göstərir ki, kişi və qadın arasında problemlərin əksəriyyəti ona görə yaranır ki, onlar müxtəlif adamlardır, hətta, obrazlı olaraq deyirlər ki, kişi Marsdan, qadıln Veneradandır, yəni onlar müxtəlif planetlərdəndir. Bu isə ona gətirib çıxarır ki, bəzən ailə qurana qədər hər dəqiqə qovuşmağa can atan, bütün əlaqə bağları ilə özlərini bir-birlərinə bağlamaq istəyən iki gənc evliliklərindən çox da keçməmiş hərə öz planetinə qayıtmaq istəyir: laqeydlik, süstlük, duyğusuzluq getdikcə adi hala çevrilir və məntiqi olaraq böyük ayrılığa aparır.  Belə məqamlarda çox həssas və anlayışlı olmaq lazımdır. Bir sevginin memarları zaman keçdikdən sonra öz əlləri ilə qurduqları sevgi sarayının gündə uçan hər kərpici üçün narahat olmalı, sevgilərinə içdikləri sədaqət andına sahib çıxmalıdırlar.
Sədaqətsizlik bir ailənin başına gələcək ən pis şeydir.
 
Amma bu davranışa kim yol açmasından asılı olmayaraq , hələ heç də sevginin yoxluğu, hər şeyin bitdiyi mənasına gəlməz. Hələ ümid var, əgər siz belə məqamda mühüm addım atsanız, tezliklə ərinizin sizə olan davranışlarında hökmən istilik hiss edəcəksiniz və bu, onunla əvvəlki romantik ünsiyyətinizi təkrar qurmağınıza vəsilə olacaq. Elə fikirləşməyin ki, sizin bu addımız alçalmaqdır, sınmaqdır, xeyr, bu, hər birinizin sevginiz üçün göstərdiyiniz fədakarlıqdır. Bir qadın kimi bunu təsəvvür edin və hərəkət edin. Bir məcraya gəlmək üçün yenidən addımlar atın, səbirlə, təmkinlə.Yolun yarısında əziyyətiniz heç olsa, usanmamalı, bunu sevginiz üçün, sevdiyiniz üçün etdiyiniz bir eşq addımı hesab edin və geri qayıdıb yolunuzu yenidən başlayın, olmadı bir də..bir də və çox keçməz istədikləriniz, inşallah, baş tutacaq. Həyat yoldaşınız özünü sizə həsr etməyə başlayacaq Sizə qayğı göstərməyə başlayacaq..anlayacaq sizi, həm siz necə varsınız anlayacaq. Ürəyinin kilidlərini açacaq və onunla qırılmaz bir duyğusal əlaqələrə baş vuracaqsınız. Eşq, ehtiras və romantika münasibətlərinizə yenidən qayıdacaq.
 
Ola bilsin ki, fikirlərimdə qəbul etməyəcəyiniz məqamlar var, lap ola da bilsin ki, heç cürə qəbul etməyəcəksiniz. Amma söylədiklərim uzun illərin saysız-hesabsız müşahidələri, müqayisələri əsasınd yaranıb.
Bir kişi üçün müsbət qadın çox cəlbedicidir. Nədir bu cəlbedicilik? Siz ərinizin düşündüyü kimi bir xanımsınız. Bəs əriniz nə fikirləşir? Əriniz fikirləşir ki, siz onu demədən, soruşmadan anlayasınız. O, sizi hər zaman səliqəli, təbəssümlü, sevgi dolu görmək istəyir. Bu, razrez geymək, çıxıb tökülən biçimdə geyinmək deyil, əsla. Bu, hər gün qadın salonuna gedib, qoxusu 10 metrlikdən hiss edilən ətir vurub çölə-bayıra çıxmaq deyil. O, sizin öz ətrinizi bütün ətirlərdən üstün tutur, nə olsun ki, demir. Ətriyyat vasitələrindən tibbi baxımdan, həm də profilaktik məqsədlə istifadə etmənizi də doğru qəbul edir.O, istər ki, siz hər zaman xoş və təbəssümlü qalasınız. Təbəssümünüz nəinki onun qəlb evində, hətta yaşadığın evin divarları arasında bərq vursun.
 
Hesab edin ki, əriniz avtobusda gedir, bizim nəqliyyat vasitələrindəki vəziyyəti də bilirsiniz: basabas olur həmişə. Sürücülər içəridə
tərpənmək mümkün olmadığı halda, hələ arxaya səslənirlər ki, bir az mehriban olun... Halbuki avtobusdakılar artıq qoxum da olublar: kiminin ayağı kiminin ayaqları arasında, kiminsə qarnı kiminsə belinə, böyrünə kiplənib, kiminsə burnu kiminsə saçında ilişib qalıb...Ətir dəydikcə də bir az da görünməz olur. Hamı belə olmasa da, olanlar da yox deyil və əriniz bunları gördükdə sizə soyuqluq, inam burdan başlayır. Əriniz sizi çox sevir. O, istəmir ki, aranızdakı izzət, hörmət pərdəsi aradan götürülməsin. Siz anlamalısınız ki, əriniz heç nəyi səbəbsiz etmir. Əriniz hamıdan çox sizi sevdi ki, məhz sizi seçdi. Əgər siz bunları dəyərləndirsəniz, o da belə anlayışlı qadınla ailə qurduğu üçün özünü lap bəxtəvər sanacaq, bir az da kişilənəcək..amma bunları da deməyəcək..Sadəcə, kişiləri oxumağa çalışın. Oxuya bilsəniz, yaxşı oxucu ola bilsəniz, oxuduqlarınız sizə ləzzət verəcək. Bu, 300 səhifəlik bir əsərin 300-cü səhifəsini oxuyub qatlamaq demək deyil. Bu, ilk səhifədən sonadək düşünə-düşünə, dərk edə-edə, qəbul edə-edə oxumaqdır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri