Sevginin 10 sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 016
Səs ver:
(səs: 5)
Birinci sirr – Sevmək düşünməkdir. Sevgi düşüncədənbaşlayır. Biz özümüzü düşüncələrimizdə əks etdiririk. Və sevgi haqqındaki düşüncələrimiz bizim sevgimizi və sevgi münasibətlərimizin yaradıcısıdır.

İkinci sirr - Sevmək hörmət etməkdir. Bir insanı sevmək üçün əvvəlcə ona hörmət etməyi bacarmaq lazımdır. Bundan əvvəl isə özünə hörmət etməyi bilməlisən.

Üçüncü sirr – Sevmək özündən hədiyyə verməkdir. Əgər siz xəyal etdiyiniz (arzusunda olduğunuz ) sevgini qazanmaq istəyirsinizsə əvvəlcə öz sevginizi verməyi bacarmalısınız.
Sevginizi nə qədər çox versəniz, bir o qədər çox sevgi alacaqsınız. Sevmək — heç bir qarşılıq gözləmədən özündən sevdiyinə pay verə bilməkdir. Sevginin gizli sirri ondadır ki, heç vaxt ondan nə ala biləcəksiniz deyə düşünməyin, her zaman sevdiyinizə nə verə biləcəyinizi düşünün.

Dördüncü sirr
– Sevmək dostluqdur. Təmiz sevgiyə sahib olmaq üçün əvvəlcə həqiqi dostluğa sahib olmaq lazımdır. Sevmək bir-birinə baxmaq deyil, sevmək heyata bir yerde eyni gözlə baxmaqdır.

Beşinci sirr
– Sevmək toxunmaqdır. Toxunma — sevginin ən böyük göstəricilərindən biridir – maneləri aradan qaldıran və münasibətləri möhkəmləndirən. Toxunma — fiziki və mənəvi ruh halını dəyişərək insanları sevgiyə daha çox bağlayır. Toxunma — cismin dərmanı, ürəyin atəşidir. Sevdiyini qucaqlamaq üçün qollarını açdığın zaman ona ürəyini açırsan.

Altıncı sirr – Sevmək azadlıq verməkdir. Əgər bir insanı sevirsinizsə azadlığını əlinden almayın. Əgər o sizi həqiqətən sevirsə, harda olur olsun və nə olur olsun sonda sizin yanınıza qayıdacaq və sizinlə olacaq, əgər bunun əksi olarsa, demek ki, o sizin deyil və heç vaxt da olmayıb. Ən güclü sevgilərdə belə insan bir az da olsa öz azadlığını istəyir. Sevib xoşbəxt olmaq istəyirsənsə qorxulardan azad olmağı bacarmalısan.

Yeddinci sirr – Sevmək ünsiyyətdir. İnsan düzgün ünsiyyət qurduğu an həyat daha gözəl olur. Sevmək — sevdiyin insanla düzgün ünsiyyet qurmağı bacarmaqdır. Sözlərinizlə, hərəkətlərinizlə sevdiyiniz insana onu sevdiyinizi və ona dəyər verdiyinizi göstərin. Heç vaxt bu möcüzəli 3 kəlməni deməkdən çəkinməyin: «Mən Səni Səvirəm». «Sevirəm» sözünün müqəddəsliyini və saflığını həqiqətən sevəcəyiniz insan üçün qoruyub saxlayın. Və sevdiyinizi sabah sizinlə olmayacaqmış kimi səvib qədrini bilin.

Səkkizinci sirr – Sevmək sədaqətdir. Sevginizin səmimi və saf olmasını istəyirsinizsə sevdiyiniz şexsə hər zaman sadiq qalın, bu sizin düşüncələrinizə və münasibətlərinizə müsbət təsir göstərəcəkdir. Əbədi sevgiyə sahib olmaq istəyirsinizsə hər zaman bu sevgiyə sadiq qalmağı bacarın.

Doqquzuncu sirr – Sevmək hisslərini göstərə bilməkdir. Aşiq olduğunuz zaman keçirdiyiniz hisslər sevginizi sönməyə qoymayan atəşdir. Sevgi hissi insanda hər zaman ruh yüksəkliyi və xoş əhval-ruhiyyə yaradır.

Onuncu sirr – Sevmək etibar etməkdir. Etibar etmək — sevgi münasibətlərində ən mühüm rola malik olan hissdir. Etibar hissi olmayan insan hər zaman şübhə içinde yaşayır və qarşısındakı insanın da həyatını zəhərləyir. Tam etibar etmədiyin birini səvmək mümkün dəyil. Səvmək möhkəmcə bağlanmaqdır, sarılmaqdır, toxunulduğu an ürek döyünməlidir. Bunun adı eşqdir, xoşbəxtlikdir, ümiddir, səadətdir .
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 4 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri