Güzgüdəki əksim - həyat yoldaşım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 406
Səs ver:
(səs: 3)
Alimlər sübut etmişlər ki, biz öz oxşarımız ilə nigaha daxil oluruq. Kaliforniya alimləri Ben Dominqe başda olmaqla sübut etdi ki, qadınlar və kişilər özlərinə uyğun insanları həyat yoldaşı seçirlər. Tədqiqatçılar ailə həyatı quran 800 cütlüyü yoxlayıb belə qərara gəliblər ki, hətta onların DNT-ləri belə eynidir. Bu o deməkdir ki, biz insanların içindən məhz özümüzə oxşayanları seçirik. Belə bir fikir var ki, ər və arvad vaxt keçdikcə bir-birilərinə oxşamağa başlayırlar.

Miçiqan Universitetinin alimləri 1300 cütlüyü yoxlayıb bunun bir yalan olduğunu sübut etdilər. Həyat yoldaşımızı özümüz seçirik və belə bir sual: Bizi birləşdirən nədir? O mənə yaraşırmı?

Ailə həyatı qurarkən sizə elə gəlirdi ki, bir-birinizi başa düşürsünüz. Çünki bəzi həqiqətləri görmək istəmirdiniz. Toydan qabaq düşünürdünüz ki, "heç nə olmaz, ailə həyatı quraq, sonra həll edərik". Qadınlar sevgidə səxavətlidirlər və sevdiyi insana "yeni həyat” bəxş etməyə çalışırlar. Əvəzində isə heç nə tələb etmirlər. İstənilən insan isə nəticəni qiymətləndirir, əziyyəti yox. Axı bunda heç nə yoxdur, qiymətləndirmək də önəmli  deyil.

Belə bir sual: Nigahda ər və arvad nə ilə fərqlənir?

Birincisi, kişinin ayrı, qadının ayrı vəzifələri var. Tutaq ki, qadın ərindən daha çox maaş alır. Deməli normaldır ki, ər evdə oturub uşaqlara baxsın. Çünki bu, onda daha yaxşı alınır. Bu ehtiyaclar arasındakı harmoniyanı necə tapmaq olar? Həqiqət ondan ibarətdir ki, hər kəs öz yerində olmalıdır. Ər evin başçısı, qadın isə onun köməkçisi olmalıdır.

İnsan təkcə bədən və cismdən ibarət varlıq deyil. Onun həmçinin ruhu, qəlbi, hissi, şüuru, məntiqi, mühakiməsi, idealı və ümidləri var. Üstəlik, evlilikdən bir nəsil meydana gəlir. Tələsənin işi çox vaxt gəlib öz ayağına dolaşır. Bu mənada evlilik işində də tələsməmək, hissilikdən uzaq olmaq, əqli-səlimlə və dərindən düşünüb qərar vermək lazımdır.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri