Evlilik xoşbəxtliyi öldürməz!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 054
Səs ver:
(səs: 4)
Xoşbəxtlik yoldaşların bir-birinə qarşılıqlı hörmətiylə var ola bilər. Evliliyinizi yoldaşınızla qarşılıqlı bir mübarizə mühitinə çevirməyin. "Mən" yerinə "biz" düşüncəsini yerləşdirin. Xoşbəxtliyiniz pis xasiyyətlərə qurban getməsin.

Xoşbəxt olmaq istəyən yoldaşlar, bu məsləhətlərə diqqət etməlidir.

1. Xoşbəxt olmağı istəyin.
Bəzən insan yoldaşında axtardığını tapa bilməz. Xəyal qırıqlığına uğrayar. Xoşbəxt ola bilməyəcəyi qənaətinə çatar. Belə vəziyyətlərdə dərhal yelkənləri suya endirməmək, ümid işığını söndürməmək lazımdır. Beyninizə "Bu evlilik getməz, bu yoldaşla həyat bitməz" yerinə, "Qayaların altından sular fışqırar. Palçıqlı torpaqların içində güllər bitər" düşüncəsini yerləşdirin.

2. Xoşbəxtliyinizə sahib çıxın.
Xəyali bir xoşbəxtlik arxasında qaçmayın. Bu qaçış yalnız enerji sərf etdirər. Əlinizdəki xoşbəxtliyə sahib çıxın. Onu ovuclarınızda tutun. Onu böyütməyin yollarını axtarın.

3. Xoşbəxtlik düyməsinə toxunun.
Evlilikdəki xoşbəxtlik sevgi işığıyla ortaya çıxar. Bir-birini sevən yoldaşlar, çətinlikləri asanlıqla aşar. Bunun üçün əlinizi "sevgi" deyilən xoşbəxtlik düyməsinə toxundurun. O zaman könüllər işıqlanar, ürəklər işıqlanar və evlər şənlənər.

4. Xoşbəxtliyi "Mən beləyəm"lə korlamayın.
İnsanın doğuşdan bəzi xasiyyətləri ola bilər. Amma səhvlərinin fərqinə varıb, özünü düzəldə bilər. Əsəbləşdiyində hər yeri qırıb tökən kişi, yoldaşına qarşı hörmətsiz olan qadın "nə edim əlimdə deyil mən beləyəm" deyərək günahını gizləyə bilməz. Deyən tərəf səhvlərini düzəltmək üçün beynini işlətməlidir. Əgər yenə də bacara bilməzsə bir psixoloq və ya psikiyatristdən kömək almalıdır. Xüsusilə kişilər, "mən dəliyəmmi" deyə bu yardımdan qaçırlar. Bunu bir qürur vəsiləsi edirlər. Halbuki bir insan, duyğularını və hərəkətlərini nəzarət altında tuta bilmirsə tutmasına kömək edəcək adamdan qaçmamalıdır.

5. Xoşbəxtliyin baş düşməni "güc döyüşü".
Xoşbəxtliyinizi arasına "mən" duyğusunu soxmayın. "Mən daha yaxşı düşünərəm, ağıllıyam, yaxşı bilirəm" deyə düşünmək xoşbəxtliyi öldürər. Çünki gücün girdiyi yerə döyüş girər. Döyüşün girdiyi yerdənsə dinclik batareyasını  yığıb gedər.

6. Xoşbəxtlik üçün yoldaşınızı "kopya"lamayın.
Evlilikdəki ən böyük səhv, yoldaşlarının özlərinin bir parçası olmasını, özü kimi düşünməsini, davranmasını və hər dediyinə "bəli" deməsini istəmələridir. Daha doğrusu yoldaşlarının özlərinin bir kopyası olmasını istəmələridir. Halbuki, bu yaradılışa ziddir. Çünki bir alma armuda, armud da almaya çevrilməz. Lakin bir meyvə qabında yan-yana iştirak edərək bir-birinizi tamamlaya bilərsiniz.

7. Mükəmməllik gözləməyin.
Hamı hər şeyin mükəmməl olmasını istəyər. Kiçik problem qarşısında belə çaxnaşmaya düşər, həyatı qaraldar. Bütün dünyasını o kiçik hadisənin içinə salıb, məhv olar. "Niyə istədiyim kimi olmur. Həyat yoldaşım istədiyim kimi davranmır və .s." deyib dayanar. Bu vəziyyət həm özlərini, həm də yoldaşlarını yorar. İllər keçdikdən sonra "Allahım! Təəssüf etmişəm həyat nə qədər qısa, ömür nə qədər azmış, boş-boşuna dünyanı özümə zindan etdim" deyərlər. Heç bir evlilik problemsiz, heç bir yoldaş da qüsursuz deyil.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri