Xoşbəxt nigahın sirrləri

Müəllif: emis
Şərhlər: 6
Baxılıb: 1 858
Səs ver:
(səs: 1)
"Nikahda kəramət var” – deyirlər. Doğurdan da yeni evlənən gənclər bir-birilərini elə sevirlər ki, xətalarını görmürlər.

Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək , xoşbəxt etmək üçün sanki çırpınır. Elə isə, səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın. Yerli-yersiz göz yaşları, günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də, vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər. Necə deyərlər: "Artıq naz aşiq usandırar”. Evliliyinizin bu ilk və ən gözəl günlərində "yersiz nazla aşiqinizi usandırmaq” əvəzinə gözəl keyfiyyətiniz, ağıllı davranışlarınızla onun qəlbini fəth etməlisiniz.

Evləndikdən sonra xoşbəxt olmaq üçün nişanlılıq dövündə bir-birinizlə necə davrandığınızı unutmamalısınız. Evlənməzdən əvvəl nişanlınız üçün nələr etdiyinizi xatırlamağa çalışın. O sizi, iş görərkən geyindiyiniz çirkli, yemək iyi gələn paltarla görmüşdümü? Saçınız daranmamış çıxmışdınızmı qarşısına? Tam əksinə, onun gözünə gözəl görünmək üçün həmişə baxımlı, səliqəli olmağa çalışırdınız. Onu düşünməkdən yorulmadığınız,  görər-görməz qəlbinizin çırpıntılarına mane ola bilmədiyiniz o gözəl günlərinizdə tez-tez görüşmək üçün bir fürsət axtarırdınız. Gözəl sözlər, aynaya baxanda onun gözünə necə göründüyünüzü düşünərək özünüzə səliqə- səhman vermək, sevincinizə sevinc qatırdı. Xatırladınız deyilmi? Bəs indi? Həmişəkindən daha çox ehtiyacınız olduğu halda , bu gözəl davranışlarınıza niyə nöqtə qoydunuz? Yoxsa, xoşbəxtlikdən, səadətdən, sevincdən imtina edirsiniz? Bəlkə nəyisə gözləyirsiniz? Bəlkə "məni beləcə, olduğum kimi qəbul etsin”, deyərək işin asanına qaçırsınız? Ancaq düşünün ki, o sizi olduğunuz kimi deyil, göründüyünüz kimi sevmişdi.

İndi bu xoşbəxtliyin davamı üçün siz də göründüyünüz kimi olmalısınız. Bəli, həyat yoldaşınızı həmişə gülər üzlə, şirin sözlə qarşılamağa tənbəllik etməyin. Onunla evinizin daimi qonağı kimi davranın, eyniylə nişanlı olduğunuz günlərdəki kimi çıxın qarşısına. Elə olsun ki, bu xoşbəxt qonaq qapıdan içəri addım atar-atmaz bütün yorğunluğunu, problemlərini unudacağına, öz isti yuvasından başqa heç bir yerdə rahat ola bilməyəcəyinə inansın.

Ona göndərmək istədiyiniz mesajı, söyləmək istədiyiniz gözəl bir sözü gecikdirməyin. "Əvvəlcə o başlasın” deyə gözləməyin. Onu nə qədər çox sevdiyinizi söyləməkdən çəkinməyin. Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri