Onu evlənməyə necə razı salaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 593
Səs ver:
(səs: 0)
Sevirsiz və sevilirsiz, yanınızda arzularınızın kişisi var. Artıq heç bir arzunuz qalmayıb, bircə ona ərə getməkdən başqa. Çünki o, hələ də sizə evlilik təklif etməyib. Əgər "nikah sevgini öldürür” şablon fikri sizə yaxın deyilsə, "onun həyat yoldaşı” statusunu qazanmaq istəyirsizsə, o zaman münasibətinizə göz gəzdirin. Ola bilsin sevgilinizin sizə evlənmək təklif etməsi üçün bir neçə addım atmalısız.

Hədəf, istəklərini öyrənin
Onunla gələcək planları, xəyalları haqqında söhbət açıb, gələcək həyatında yerinizin olub olmadığını öyrənin. Ümumiyyətlə, gələcəkdə sizin üçün bir ailə görünürmü?! Əgər dəyər və prioritetləriniz oxşardırsa, onda növbəti addıma keçə bilərsiz.

Onun dostu olun
"Qadın qonaq otağında əsl xanım, mətbəxdə evdar xanım, yataqda fahişə olmalıdır.” Bu formulu hər birimiz bilirik. Ancaq bu formula daha bir cümlə də əlavə etmək olar - "qadın sevgilisi üçün dost olmalıdı”. Məhz dostluq cütlüklər arasında güvən və qarşılıqlı anlaşmanın təməlini qoyur. Əgər sevdiyiniz plan, düşüncə, ideyalarını sizinlə bölüşürsə, onun başlıca məsləhətçisi sizsinizsə, onda evlilik problemini həll etməyə yaxınsız.

Ailəsi və dostları ilə yaxşı münasibət qurun
Hətta ən müstəqil kişi belə yaxınlarının və dostlarının fikirlərinə laqeyd yanaşa bilmir. Düşüncələrinin lideri olan yaxınları, dostları ilə münasibətinizi yaxşılaşdırmalısız. Əgər sevgilinizin anası ilə dost olmusuzsa, onda unutmayın ki, evlilik problemini həll etməkdə artıq bir köməkçiniz var.

Onu dəyişməyə çalışmayın
Kişini olduğu kimi qəbul etmək və onu öz qaydalarınla idarə etməyə çalışmamaq nadir istedaddır. Əlbəttə, kişi sevdiyinin təsiri ilə dəyişə bilər, ancaq ilham alaraq, təzyiq, müqayisə, ya tənqidlərlə deyil. Müdir rolunu oynamayın.

Onu tez-tez tərifləyin
Onu olduğu kimi qəbul edib tərifləməyi unutmayın. Kişi sizin gözlərinizə baxarkən  qəhrəmanınız olduğunu hiss etməlidir. Onun bütün uğurlarını bir qeyd edin. Bir insanı  qəbul edib, lazımlı olduğunu hiss etdirməklə tezliklə evlilik təklifi alacaqsız.

Rahatlayın
Bütün silahları əlinizə alıb, onu evliliyə razı salmaq üçün çalışmaq yerinə silahları kənara qoyun və rahatlayın. Bütün düşüncə, davranışlarınızı "evlənməyə necə vadar edim?” sualına yönəltmək sizi nikah idarəsinə aparmayacaq. Ondansa hər andan zövq alın, özünüzə rahatlıq verin və edəcəyiniz bir şey yoxdursa, sadəcə gözləyin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 593
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri