Evliliyə hazırsınız? – Cütlüklərə 10 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 870
Səs ver:
(səs: 0)
Özünüzü evliliyə hazır hiss edirsinizmi? Evlənmək istədiyiniz biri ilə fikirləriniz üst-üstə düşürmü?
Xoşbəxt və sağlam evlilik üçün cütlüklərin bu suallara əvvəlcədən cavab tapması vacibdir.
İnsanlar sevgi və sevilmə, bioloji, psixoloji və sosial ehtiyaclarını ödəmək, dünyaya yeni nəsillər gətirmək, ictimaiyyətdə sosial bir statusa sahib olmaq, gələcəyə güvənlə baxa bilmək və cinsi həyatı sağlam olaraq nizamlamaq üçün evlənirlər.

Ani verilən evlilik qərarları xoşbəxt etmir
Evlilik qərarını gec verməklə ortaya çıxan "evlənmə qorxusu” yanlış qərarlara yol açır. Sadəcə məntiq, ya da sevgi üzərində qurulmuş evliliklər sonradan boşanmalara zəmin yaradır.

Evliliyin ilk illəri gələcəyin göstəricisidir
Evliliyin ilk illəri cütlüklərin gələcəyi üzərində təyinedici bir təsirə sahibdir. İlk illərdə tərəflərin göstərəcəyi fədakarlıq gələcəkdəki mənfi problemlərin həllində və xoşbəxt evliliyin inşasında mühüm rol oynayır. Hər evli cütlük ünsiyyət, problem həll etmə, valideynlik, evdəki rol paylaşımı, büdcə idarəsi və cinsi həyatı xoşbəxt ailə üçün öyrənməlidir.

Mühüm olanı həll yolunu tapa bilməkdir
Hər evlilikdə az, ya da çox mübahisələr yaşanır. Əsas olan mübahisənin sonunda həll yolu tapa bilməkdir. Mübahisə etmək, mübahisənin həllini bacarmamaq, tərəflərin gerçəkləşdirə bilməyəcəyi gözləntilər yaşamaq, tərəflərin bir-birinə vaxt ayırmaması, maliyyə problemləri, ailədəki rol paylaşımı, ünsiyyətin yetərsiz olması, cinsi problemlər, uşaqların böyüdülməsi məsələsində yaşanan çətinliklər evliliyi problemli hala gətirir. Bu mübahisələr də çox halda tərgitmə, boyun əymə və geri çəkilmə şəklində nəticələnir.

Evliliyi gücləndirmək üçün 10 tövsiyə:

Hər şərtdə qarşılıqlı hörmət göstərməyə çalışın.

Mübahisəni həll etmə bacarığına sahib olun.

Özünüzü tanımağa və şəxsiyyətinizi inkişaf etməyə çalışın.

Baş-başa vaxt keçirmək üçün fürsətlər yaradın.

Ortaq nələrsə edin.

Bir-birinizi bağışlamağı bacarın.

Ünsiyyət qurmağı öyrənin.

Bir-birinizə qarşı səmimi olun, dinləməyi bacarın.

Bir-birinizin yaxşı tərəflərini görməyə çalışın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri