2015 evlilik trendləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 494
Səs ver:
(səs: 1)
Klassik bir toydan çox sadə bir məclis planlamaq istəyirsinizsə, 2015-in toy trendlərinə mütləq göz atmalısınız. Bir-birindən yeni fikirlər önümüzdəki sezon evlənəcək cütlükləri gözləyir.

Xına gecəsi
Ölkə kənarında ya da doğulduğunuz şəhərdə evlənməyə qərar verdiyiniz zaman dostlarınızın və yaxın çevrənizin toya qatılmayacaq olmasına üzülməyin. 2015-ci ilin evlilik trendləri arasında tez edilən subaylığa son gecələri və xına gecələri var!

Subaylığa vida və xına gecələri ümumiliklə toydan bir neçə gün əvvəl edilir. Ancaq sizin də yaşadığınız şəhərdən uzaqda toy etmək planınız varsa, subaylığa vida və xına gecənizi bir neçə ay əvvəl əyləncəli edərək gözəl anlar keçirə bilərsiniz.

Həftə sonu toyları
3 gün 3 gecə toy etmək keçmişdə qaldı deyə düşünürsünüzsə, çox yanlırsınız! Çünki 2015 sezonunda toylar bütün həftə sonunu əhatə edəcək. Həftə sonu toyları toy axşamı və toydan sonrasını özündə birləşdirir. Xüsusən toy yeməyi qonaqlarınızla gözəl vaxt keçirməyinizə və həyat yoldaşınızın tanımadığınız qohumarı ilə tanış olmaq üçün ideal bir ortam yaradır.

İnternetdən canlı yayım toyları
Ölkədən kənarda yalnız ana və atanız ya da yaxın dostlarınızın qatıldığı bir məclislə evlənmək istədiyiniz zaman ailənin digər üzvləri buna qarşı ola bilər. Ancaq texnologiyanın bizə təqdim etdiyi görüntülü danışma fürsəti bu problemləri ortadan qaldırır. Skayp ya da Face Time kimi proqramlar sayəsində toyu canlı olaraq izləyə bilərsiniz.

Adət-ənənələrlə baş tutan toy
Kiçik bir kənd ya da doğulduğunuz şəhərdə adətlərə bağlı olan məclislər 2015-ci ilin ən öndə olan toylarından olacaq. Qədim toy yeməkləri, musiqilər və unudulmaq üzrə olan adətlər...

2015-ci ilin cütlükləri, həm qədimiliyi, həm də modernliyi ilə vəhdət təşkil edən bu toylara heyran olacaqsınız.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 494
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri