Evlilik təklifi

Müəllif: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 882
Paylaş:
Səs ver:
(səs: 0)
Xoşbəxt bir bərabərliyiniz var. Bu bərabərliyi artıq evliliklə nəticələndirmənin vaxtının gəldiyini düşünürsünüz. İndi bu düşüncənizi romantik bir şəkildə sevgilinizə söyləməlisiniz.
Evlənmə təklifi əlaqədəki bəlkə də ən xoş və unudulmayacaq andır. "Belə bir təklifə ehtiyac yoxdur, biz onsuz da evlənməkdən tez-tez bəhs edirik" deyirsinizs, yanılırsınız. Hər iki tərəf nə zamansa evlənəcəyindən əmin olsa da, "Mənimlə evlənərsənmi?" sualıyla qarşılaşmanın duyğusu bambaşqadır. Necə və harada evlənmə təklif edəcəyiniz sizin xarakterinizə və şərtlərə bağlıdır. Bu təklif əvvəldən planlanmış anda ola biləcəyi kimi, çox romantik bir zamanda, birdən-birə də ola bilər.

Ən romantik evlilik təklifi üsulları
Evlənmə təklifi üçün ən geniş yayılmış üsul belədir: oğlan bir dizini yerə qoyub içində üzük olan kiçik bir qutu çıxararaq, qadından onunla evlənməsini istəyir. Bu üsuldan günə qədər istifadə edilir. Ancaq müasir qadınlar daha romantik, daha yeni evlənmə təklifi istəyirlər. Oğlanların qızlara etdiyi bir neçə romantik evlənmə təklifinə diqqət edək.
1. Havada. Oğlan sevgilisiylə birlikdə təyyarədə olarkən, təyyarə kapitanı vasitəsilə telefon sistemindən evlənmə təklifini yanında oturan sevgilisinə bildirir. İnsanların baxışları altında sevgilisindən "Bəli" cavabını alır.  2. Radioyla. Oğlan sevgilisinin günün müəyyən saatında hansısa bir proqramı dinlədiyini bilir, radiodakı proqrama SMS yazaraq aparıcının dilindən sevdiyi xanıma evlənmə təklifi edir. Bu, çox gözəl nəticə verir. 3. Dəniz kənarında. Çimərlikdə içərisində evlilik üzüyü olan qutunu bir uşaq vasitəsilə sevgilisinə verir və sevgilisini bu romantik hərəkətiylə duyğulandırır. 4. Sevgililər günündə. Oğlan Sevgililər günündə sevdiyi xanıma evlənmək təklif edərək bu günün ömür boyu sevdiyi xanımın yadından çıxmamasına səbəb olur.

Əziz xanımlar, həyat yoldaşınız sizə necə və harada evlənmək təklif edib? Sevdiyiniz insanın etdiyi bu təklif qeyri-adi olubmu? Sizi təəccübləndirə bilibmi? Bu zaman necə hisslər keçirdiniz? Həmin günü xatırlayırsınızmı?
 
Zaman keçdikcə artıq oğlanlara evlənmək təklif edən qızlar da var. Buna münasibətiniz necədir? Sizcə doğrudurmu? düşünürsünüz? Hər bir xanımın fikrini bilmək çox maraqlı olardı...

loading...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 882
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
EsmaNur
bizde bezi hallarda oglanlar evlilik teklifi edir
11 avqust 2015 03:14
8
Offline
efsane..
bizde ne romantik teklif olur nedeki qizin teklif etmesi ikiside nadir hadiselerdi amma qizin evlilik teklifi etmesi hec yaxsi deyil
10 avqust 2015 10:33
7
Offline
Aydan Habili
Razı deyiləm istər milli mentalitetimizə uyğun gelsin gelmesin mence oğlan təklif etməlidir mənim fikrimcə belədir. Çünki qoy o addımı atsın sen ay qiz niye birinci atmalısan ki anlamıram
9 avqust 2015 16:28
6
Offline
ALESSANDRA
indiki qızlardan her şey çıxar 122
8 avqust 2015 21:27
5
Don't trust anyone ∆
Offline
vipbetul
maraqli teklifler olub
8 avqust 2015 14:37
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lale.veliyeva19
romantik evlilik təklifi ancaq kinolarda olur həyatda nadir hallarda lur kim tapsa desin aparıb nadir tapıntılar muzeyinə qoyacam 122 tapa bilmiyənlər gəlib baxsın deyə 122
8 avqust 2015 13:44
3
Offline
meni_gozle
romantik evlilik teklifi tesaduf olan hadisedir
8 avqust 2015 12:33
2
Offline
BARBI
Oglana hec vaxt evlenme teklifi etmerem. Bu menimcun ozumu alcatmaqdir. Evlilik teklifi isterem ferqi yoxdur zaman ve mekanin esas odurki bu teklifi kimin etdiyidir
8 avqust 2015 11:45
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv