Evlilik təklifi gözləyənlər üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 575
Səs ver:
(səs: 0)
Evlilik xəyallarını qurduğunuz sevgiliniz hələ evlilik təklifi etmirmi?
O zaman iş sizə düşür .
Dəlicəsinə aşiqsiniz, üstəlik evlilik xəyalları da qurursunuz? Evlilik istiqamətində irəliləyirsiniz amma hələ çox istədiyiniz o təklifi ala bilmirsiniz? Səbir də bir yerə qədər!
Sevgilinizə tez bir zamanda evlilik təklifi etdirmək üçün nə edə bilərsiniz?
Əvvəlcə bunun üçün sevgilinizə əsla təzyiq etməyin və yalvarmayın!
İnanın, tərsinə bir təsir edər və sevgilinizi əlinizdən qaçırda bilərsiniz. Bu təklifin yolunu ağıllı üsullarla, hiss etdirmədən açmalısınız.

1."Nə qədər gözəl bir toy" deyilmi sevgilim?
Edilən araşdırmalar, kişilərin ən böyük qorxularından birinin evlənmək olduğunu sübut etmişdir.Nə qədər aşiq olsalar belə, kişilər bu məsuliyyətdən ümumiyyətlə qaçmağı seçirlər.Onun qorxularını və narahatlıqlarını yox etməyə çalışın. Ona evlənmək istədiyinizi yumuşaq bir şəkildə hiss etdirin. Məsələn, birlikdə romantik bir film izləyərkən, ona xəyalınızdakı evlilikdən və ya toydan bəhs edə bilərsiniz.

2. Özünüzə yoldaş tapın
Sevgilinizin yoldaşları tərəfindən sevilmək qədər gözəl bir şey ola bilməz. Çünki onlar, sevgilinizə sizdən daha yaxşı bir qadın tapa bilməyəcəyini söyləyəcək olan kəslərdir. Onun yoldaşlarını bir şam axşamı üçün öz evinizə dəvət edin və onları gözəl bir şəkildə qarşılayın. Həm də sevgilinizə dostları ilə görüşməsi və çölə çıxmasını arada özünüz təklif edin. Bu qədər dözümlü olan bir qadın hər kəsə təsir edər, təbii ən yaxın dostlarına da!

3.Sən mənim qəhrəmanımsan!
Hər kişinin içində qadınları qurtarma və qoruma instinkti vardır. Onun içindəki qəhrəmanı oyadın. Bəzi işlərinizdə özündən kömək istəyin və sonrasında təriflər yağdırın. Mətbəxdə onun görəcəyi işlər yaradın. Hətta işiniz olmasa belə ona qəhrəman olmaq üçün fürsət yaradın. Kişilər tərifləndiyi zaman huşunu itirir! Sizin qəhrəmanınız olmaq onları cəsarətləndirəcək. Ona tez-tez həyatınızdakı ən gözəl, ən qiymətli insan olduğunu söyləyin.

4.Mükəmməl bir qrup olacaqsınız
Kişilər həyatlarının sonuna qədər ayaqlı bank olmaq istəməzlər. Bu səbəblə sizin onu "qızıl yumurtlayan toyuq" olaraq görmədiyinizi bilməyi lazımdır. Ona evliliyiniz boyunca sizin də bir şeylərin ucundan tutmaq istədiyinizi bildirin. Belə ki: Siz də pul qazanmağa, ona işində kömək etməyə və ya uşaqları böyütməyə hazırsınız. Ona, sizin onu hər şəkildə dəstəkləyəcəyinizi və birlikdə yıxılmaz bir qrup olacağınızı izah edin. Nəticədə onu sevdiyiniz üçün evlənirsiniz, maddi ehtirasınızdan ötəri deyil.

5.Sərt olun!
Evlilik mövzusu gündəmə gəldiyi vaxt, hər şeyə baxmayaraq hələ kar kimi davranırsa bu səfər sərt olun. Evlilikdən qorxan sevgilinizə bunları söyləyin: Mənə evlənmə təklifi etmək üçün 3 ayın var, sonra mən olmayacağam! Əgər xoşluqla etdikləriniz işə yaramırsa, bir də bu üsulu təcrübədən keçirdin. Son mərhələdə itirəcək nəyiniz var ki! Ayrıca bir çox evli insanlar bu üsulun işə yaradığını söyləyirlər. Buna baxmayaraq sevgiliniz hələ istəmirsə, qarşınızdakı adamın evlənmək istəmədiyini anlayın və özünüzə yeni bir sevgili tapın...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri