Xoşbəxt ailə

Şərhlər: 3
Baxılıb: 2 827
Səs ver:
(səs: 0)
Əlaqələrin sağlam və uzun ömürlü olması üçün qarşılıqlı sevgi, hörmət və səbr çox əhəmiyyətlidir. Evlilik testi ilə evliliyinizi test edin. Məqaləmizdəki sualları özünüzə verib evliliyinizin gedişatının nə istiqamətdə olduğu mövzusunda ipucları tapa bilərsiniz.
Hər mövzuda duyğu və düşüncələrinizi bir-birinizlə rahatca paylaşa bilirsinizmi? Yoxsa aranızda davamlı bir sirr və məsafə varmı?
Ev işlərini paylaşmaqda ədalətlisinizmi? Məsələn, siz evin işini, təmizliyini edib, yoldaşınız çöldəki işləri görürmü, yoxsa məsuliyyət yalnız bir adamın üzərinə düşürmü?
Onunla birlikdə olunca zövq ala bilirsinizmi? Yaşadığın cinsəlliyi yeməyə bənzətsək, dadsız duzsuz bir yemək olaraq qəbul edirsinizmi, yoxsa dadı damağından getməyən bir ləzzətmi?
Birlikdə vaxt keçirməkdən kef alırsınızmı? Yoxsa olsa da olar, olmasa da, hətta o yoxkən özünüzü daha xoşbəxt hiss edirsiniz?
Əlaqənizi birləşdirən ən əhəmiyyətli faktor nədir? Uşaq, iqtisadi məcburiyyət, sevgi və ya hansı?
Yanında yoxkən darıxırsınızmı? Onsuz olma düşüncəsi sizə nə məna ifadə edir?
Ortaq fikirləriniz var mı?
Həyatda imtina edə bilməyəcəyiniz insanlar arasında həyat yoldaşınız da varmı?
Evliliyə hazırammı?
Evlilik qadın və kişi üçün doğru yolda bir ömür boyu addımlamaq istədiyi qurumdur.
Evliliyin sürməsi üçün ən əhəmiyyətli faktorlardan biri də maddiyyatdır.
Maddiyatınızı təmin edə bilməyəcəksinizsə, evi dolandıra bilməyəcəyiniz qədər pul qazana bilmirsinizsə, bu vəziyyət evliliyə hələ hazır olmadığınızı göstərir.(Kişi üçün keçərlidir)
Evlilik qarşılıqlı hörmət  və anlayışa söykənən şəkildə davam etməlidir. Səbirsiz bir insansınızsa, ani şəkildə əsəbləşib ətrafınızdakıları küsdürürsünüzsə, evlənmədən əvvəl bu xasiyyətinizi dəyişdirməyə çalışmalısınız , yoxsa evliliyiniz uzun ömürlü olmaz.
Evlənməyi düşündüyünüz adamla həll etmədiyiniz problemlər varmı aranızda? Bunu əsla unutmayın, evlənincə sizə sehrli çubuq dəyməyəcək eyni problemlər davam edəcəkdir!
Evlənincə mən onun xasiyyətini dəyişdirərəm deyə yola çıxsanız, yanılacaqsınız, müəyyən yaşdan sonra insanların xasiyyətləri çətin dəyişir.
Evlənmə planı qurduğun adamla həqiqətən bir ömür keçirə bilərsinizmi, o sənin üçün doğru adamdırmı? Yoxsa evlənmək xatirinə evlenirsən? Bunu hər kəs özündən soruşmalıdır!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri