Gənclərin evlənmə qorxusu

Müəllif: Meleknur
Şərhlər: 10
Baxılıb: 736
Paylaş:
Səs ver:
(səs: 1)
Siz neçə ildir birlikdəsiniz (iki, üç, beş), əminsən ki onun xoşuna gəlirsən və ondan övladın olmasını istəyirsən. Nə üçün o hələ də sənə evlənmək təklif etmir? Aramızda evlənməkdən qorxan gənclərin sayı o qədərdir ki...

Nə vaxt biz xanımlar sevgilisinin yanında özünü çox yaxşı hiss edir, həmin andan toy haqqında fikirləşməyə başlayır. Onunla neçə müddətdir tanış olmağınıza fikir belə vermir - iki gün, yoxsa iki il. Bəs görəsən, qarşı tərəf də evlənmək arzusundadırmı? Elə problemlər də buradan başlayır.

Xanımlara nisbətən oğlanlarda evlənmək qorxusu daha çoxdur. Dünya psixoloqları bunun səbəbini araşdırıb.

Statistika sübut edir ki, kişilər qadınlara nisbətən münasibətlərinə ad qoymağa ehtiyat edirlər. Onlar evlənməkdən qorxurlar. Nə üçün? Bəli, çünki qadınlar çox fərqlidirlər. Hətta mütəxəssislər iddia edirlər ki, kişi ilə qadın bioloji cəhətdən də bir-birinə ziddir. Qadınlar başqa cür düşünür, hiss edir, reaqsiya verir, hətta dərmanların qadınlara təsiri də fərqlidir.

"Nə üçün? Bizə belə də yaxşıdır"
Ola bilsin ki, sizə birlikdə doğurdan da pis deyil. Amma nəzərə almaq lazımdır ki, qaydalara uyğun işlər var ki, bu oğlanları qane etmir. Kişilər öz həyatlarında nəyisə dəyişməkdən dəhşətli dərəcədə qorxurlar. Psixoloqlar iddi edir:

"Qadınlar daha çox emosionaldırlar? Bəlkə yanılırsan?! Diqqətlə baxsaq görərik ki, kişilər qadınlardan çox emosionaldırlar. Onlar həyatlarındakı dəyişikliklərə dözülməz reaksiya göstərirlər. Eləcə də münasibətlərində".

Evlənmək kişilərə görə başqa bir böyük mərhələyə qədəm qoymaqdır və burada nələr baş verəcək - məlum deyil. Elə onları da qorxudan budur.
Nə üçün evlənmir
1. Dəyişikliklərdən qorxur
Onun həyatı başdan ayağa kimi dəyişəcək. Məlum deyil, bu dəyişiklik ona rahatlıq gətirəcəkmi? Və o özü burada uğurlu ola biləcəkmi? Kişilərin əksəriyyəti qorxuları və həyəcanları barədə danışmağa həvəsli deyillər. Yalnız qızlar həyatlarının bütün xırdalıqlarını və detallarını kiməsə danışmağa hazırdırlar. Bizim dikbaş yarımızsa həqiqi sifətini gizlətmək üçün içində əzab çəkməyə razıdır.

2. Azadlığını itirməkdən qorxur
Məsələn, əgər bu onun dostuyla baş veribsə... Onunla tanışlarınızın "qeybətini" et. Bu söhbət əsnasında ona sübut etməyə çalış: sevən insanlar aralarındakı münaqişələri həll etməyə qadirdilər. O heç vaxt demədiyi məxfi sirrlərini sənlə bölüşəcək: mənim bir dostum evləndikdən sonra "arvadağız" olub. Digər dostum evləndikdən sonra gecə yığıncaqlarına, bizimlə gəzməyə gedə bilmir, acınacaqlı haldadır, bizi görən kimi gözləri dolur. Üçüncü isə dostları ilə əlaqəni tamamilə kəsib.

3. Səhvlər etməkdən qorxur
Kişilər də qadınlar kimi vasvasıdır: "Birdən onunla evləndim, sonra anladım ki, sən demə heç də doğru iş görməmişəm?" - bu sual kişiləri qadınlardan çox narahat edir.

"Mən heç vaxt evlənməyəcəm"
Bu fikrə başqa əlavələr etməyə ehtiyac yoxdur. Qəribə olsa da bəzi qadınlar və kişilər inanırlar ki, bu onların xüsusi fikirləridir, buna görə qarşı tərəfi incitmək lazım deyil. Bir çox qızlar da ən az oğlanlar qədər ailə həyatı qurmaqdan qorxurlar. İnanmasanızda bu real faktdır. Amma bir şeyi etiraf edək ki, evlənməkdən qorxan qadınların sayı kişilərə nisbətən daha azdır.
1. Səbəb...
Yaraşıqlı, istedadlı, ağıllı, evi, işi olan oğlanların əksəriyyəti özlərinə, səviyyələrinə, savadlarına uyğun qız tapa bilməməkdən şikayətlənirlər. Eləcə də qızlar... müasir dövrdə gənclərimizin ən böyük problemi budur - komplekslər. Onların həyat tərzi fərqlidir.

Psixoloqlar iddia edirlər ki, evli qadınlar evli kişilərdən 15 % çoxdur.
2. Bəs mənim maraqlarım?!
...bayk, deltaplan, boks yastığı... və ya... gözzəlik salonu, manikür, uklatka, şoppinq... Bəzi kişilər və qadınlar ailə həyatının həndəvərindən belə keçməyə aid deyillər. Onun üçün əsas - iş, maraqlar və əlbəttə ki, dostlarıdır. Belə insanların fikrincə "ailə həyatı" onun atdığı hər addımda yoluna çıxan bir maneədir. O, səninlə ona yaxşı olan müddətə kimi birlikdə olacaq. Əgər münasibətinizdə nəsə onu çətinə salsa o xasiyyətini dəyişmək yerinə, ayrılmağı təklif edəcək. Onun üçün əsas o və həyatıdır. Belə insanlara əlavə problemlər lazım deyil.

"Mən hələ hazır deyiləm"
Variant çoxdur: ciddi münasibətə hazır deyil, həyat yoldaşı olmağa hazır deyil, valideyn olmağa hazır deyil, boş vaxtlarını sənə həsr etməyə hazır deyil... Maraqlısı odur ki, onlar bu yerdə yalan danışmırlar. Toy barəsində bütün hazırlıqlar üçün təkcə qadınlar narahat olmurlar.

1. "Ailəsini qorumağa hazır deyil"
Dünyada belə qəbul olunub: qadın - yuvanın qoruyucusudur, kişi - qazananı. Onun üstünə ailəni saxlamaq kimi məsuliyyətli bir iş düşüb. Və onlar bu məsuliyyəti öhdəliklərinə götürməyə hələ də hazır deyillər. Oğlanların çox vaxt dediyi "ev və avtomobil alım, özümə yaxşı iş qurum, sonra evlənək" sözünün altında yatan gizli səbəb də elə budur.

2. Ata olmağa hazır deyil
Kişilərin çoxu bilir ki, övlad ailəni ömürlük birləşdirən əsas amildir. Elə buradan onun evlilikdən nə üçün qorxduğunu aydınlaşdırmaq mümkündür. Onun qarşısını nə kəsib: uşaq ağlamaları, səhərə qədər yuxusuz qalacağı gecələr, dostlarının üzücü məsəlləri? Bəlkə də qadınlar bu haqda heç vaxt düşünmürlər. Amma kişilər yox... Sevgilinə uşaqdan sonra da həyatın gözəl olacağını izah etməyə çalış. Ona bununla bağlı jurnallar, filimlər göstər.

loading...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 736
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
Gənclərin bir çoxu evlənməkdən qorxur. Mən heç evlilik haqda düşünmürəm. o ki qaldı qorxub qorxmamaq)

...666...
20 avqust 2015 20:32
10
Viking
Offline
EsmaNur
heqiqeten mesuliyyetli iwdi qorxani qinamaq lazim deyil
20 avqust 2015 02:03
9
Offline
Dosta_inam
Evlenen cutlukler bir-birin anlasa hormet etse hec de qorxulu bir sey deyil evlilik.
19 avqust 2015 18:45
8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
MODABAZ
Men qorxuram cunkii dilim uzunduu deyirem seheri gun meni qapinin agzina qoyalar))
19 avqust 2015 16:47
7
Heyata daim gulmek lazimdii
Offline
GünƏşimƏ_AiD_
!enim yarali yerim men evlilikden ypxe qaynandan qorxuram Anamda gomushem deye nenemin ona minasibetini ona gorede qorxuram...yoldashimla dil tapacam cunki men xanimama ve ostedim istemedim etmeliyem bunu herenin oz mesuliyeti var hami !esulyetin yerne yetirse gozel aile olar zenimce
19 avqust 2015 16:47
6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
Milawka18
aile qurmaq cox mesulliyetlidir .Mende iki ay sonra aile quracam cox heycanliyam menimcun yeni bir heyat bawliyacaq cetin bir heyat uwaqliqimi wiltaqligimi qoyacam subayligimda ve mesluyyiet dawiyacam.ALLAH butun qizlarmizi xowbext etsin, aile qurarkende diqqetli olsunlar aile qurmaq mesuliyyetlidi hemde cox toy
19 avqust 2015 16:45
5
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
Offline
vipbetul
aile mesuliyyetini anlamaq sonra aile qurmaq lazimdir
19 avqust 2015 16:12
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
WiRiN BaLaM
ən çox evlilikdən qadınlar qorxur çünki çox vaxt qadınları günahkar çıxardırlar hansısa anlaşılmazlıqlr olduqda )))
19 avqust 2015 14:47
3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
BARBI
Mende evlilikden ve onun mesuliyetlerini dasimaqdan qorxuram evlilik menlik deyil. Bu yuku dasiya bilmerem
19 avqust 2015 11:22
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
miraya
Maraqlidir amma bunlari bilirdimde
19 avqust 2015 11:04
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook