Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?

Müəllif: aliceWOnDer
Şərhlər: 17
Baxılıb: 1109
Paylaş:
Səs ver:
(səs: 2)
Cavanlar bir-birinə aşiq olan kimi dünya onlara nağıl kimi görünür. Onlar bir-birlərinin səhvlərini görmür, dostlarının, yaxınlarının məsləhətlərini qulaqardına vurur. Ailə qurduqdan bir müddət sonra isə real həyatın cizgiləri ilə qarşılaşırlar. Və elə o zaman sevənlərin ağlına onun ikinci yarısının keçmişinin necə olması, ondan əvvəl kimisə sevib-sevmədiyi haqda düşüncələr gəlir.

Çox zaman qadın və ya kişi özünü həyat yoldaşının keçmiş sevgilisi ilə müqayisə edir. Bu da istənilməyən nəticələrə gətirib çıxarır. Belə lazımsız müqayisələr özünə inamsızlıq yaradır. Nəticədə o, həyat yoldaşını qıcıqlandırmağa başlayır və beləcə, onların arasında münaqişə yaranır.

Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?
Heç bir zaman qısqanclıq üçün səbəb axtarmayın. Yersiz qısqanclıq sizi depressiyaya salacaq və boşanmaya qədər aparıb çıxaracaq. Unutmayın: hər bir şəxs öz seçimində azaddır. Əgər həyat yoldaşınızı daim öz şübhələrinizlə yorsanız, o, belə münasibətdən bezərək sizi tərk edə bilər.

Əgər həyat yoldaşınızın hələ də keçmiş sevgilisini xatırlamasından şübhə edirsinizsə, ağılla davranın və onunla bu haqda danışmayın. Heç bir halda ona təzyiq etməyin. Siz bunu ona xatırlatdıqca onun keçmişi sizin aranızda durmağa davam edəcək.

Onun qohumları və dostlarını sorğu-suala tutmaqla keçmişini qurdalamayın. O keçmişi xatırlamırsa, demək, sizi həqiqətən sevir. Sizin detektivliyinizi aşkarlasa, bu, onun xoşuna gəlməyəcək. Yadda saxlayın ki, həyat yoldaşınız keçmişi ilə əlaqələrini kəsib. O sizin ağıllı, gözəl və istedadlı olmağınızı istəyir. Siz də belə olmağa çalışın.

Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?
Həyat yoldaşınıza etibar edin, keçmişi haqda suallarla onu yormayın. Sevgi inam üzərində qurulur. Bunu anladıqda o da sizə etibar edəcək.

Həyat yoldaşınız evdə olmadıqda güzgünün qarşısına keçin. Özünüzə diqqətlə baxın, fikirlərinizi aydınlaşdırmağa çalışın. Ona rast gəldiyiniz günə qədər olan həyatınızı xatırlayın. Sizin də həyatınızda yəqin ki, kimsə olub. Həyat yoldaşınız bunu araşdırmağa çalışırmı? Yox? Elə isə siz niyə qısqanclıq üçün bəhanə axtarırsınız?

Həyat yoldaşınız sizinlə yeni bir həyata başlayıb. Əgər o sizinlədirsə, demək, sizi sevir və möhkəm ailə qurmaq istəyir. Siz də bu işdə ona kömək edin. Keçmişi tamamilə yaddan çıxarması üçün əzmkarlıqla ona yardım edin.

Sevgi – inam, qayğı və hörmət deməkdir. Əgər həyat yoldaşınızı sevirsinizsə, onu qısqanclıq kimi mənfi hisslərdən uzaq tutun.

loading...
(səs: 2)
Şərhlər: 17
Baxılıb: 1109
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mrs.A
Kecmisini qisqanib bos bos dava neye lazimdi? kecmis kecmisde qaldi esas odu geleceyi menimle olacaq 08
27 avqust 2015 19:12
17
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
ALESSANDRA
yersiz seydi mence
esas oduki indi onun yaninda sen varsan
kecmis neye lazim?!"
26 avqust 2015 12:15
16
Don't trust anyone ∆
Offline
Menim balam
Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?
yoxee niye qısqanım, ne olub keçmişde olub. ama biz bir birimizi uşaqlıqdan sevmişik. geçmişide menem geleceyide
25 avqust 2015 15:58
15
Offline
lilit
Kecmiwinde ne qeder qiz olubsa vecme de deyil indiki yaninda olar yox men varam
24 avqust 2015 20:35
14
mutlulun sana gelmesini bekleme sen ona kow beklersen hayatinin sonuna kadar mutsuz olursun ..!
Offline
Luna-90
Kecmisine qisqaniram duzdu kecmisinde sevdiyi olmuyub opduyu olmuyub ilk meni sevib ilk meni opub.ancaq 1-2defe axmaq yanina getdiyi olub hemise deyiremki kaski o hec olmayaydi ne yaziqki elesini tapmaq cetindi .esas odu meni alandan ele bir isi olmuyub buna ozum kimi eminem.
24 avqust 2015 18:17
13
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Tek Tenha
Heyat yoldawimin hem kecmiwinde varam hem indiki zamaninda
24 avqust 2015 18:09
12
Offline
VIP
Yoldaşımın kecmişi məni maraglandırmır.Yox əyər kecmişdə gələcəynən baglı iz buraxıbsa ,təbi ki,məni əsəbləndirər.
24 avqust 2015 17:56
11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Catwoman666
Keçmiş keçmişdə qalmalıdır. keçmişdə olan hər xırda şeyi də qısqanıb, problem yaratmaq düzgün deyil.

...666...
24 avqust 2015 16:41
10
Viking
Offline
tek umidim sen
Meni qeti maraqlandirmaz sexsen. Adi ustunde "kecmis".

24 avqust 2015 16:32
9
Ne mutlu TÜRK'üm diyene!...
Offline
efsane..
kecmisde olan olub artiq unudmaq lazimdi yerli yersiz qisqancliq ailenin mohkemliyini pozur
24 avqust 2015 16:30
8
Offline
vipbetul
kecmisi unudub buu gunu yasamaq lazimdri halbuki heyat yoldasinizla kecmis sevgilinizi muqayise etmek bir novu yodashiniza hormetsizlik xeyanet olar
24 avqust 2015 14:01
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Zeynebin nevesi
Sitat: ulduz
tesekkurler alicewonder gozel movzudu ,mende qisqanmiram ammma ne bilim hemise problemim olur cox deyingenlik edirem...yersiz yeredi bilirem amma ne bbilim bu xasiyyetimi hec sevmirem

Men de sizin kimiyem.Xasiyyetimi terbiye etmeye chalishiram ki,vse daha mizmiz olmayacam,alinmir.Ne qeder de desem vecime deyil,olmur.Bunu ancaq subay xanimlar deye biler ki,gelecek vacibdi mene kecmish yox.Evvel-axir kechmishe aid problem chixir lap nogte boyda da olsa
24 avqust 2015 13:09
6
Offline
ulduz
tesekkurler alicewonder gozel movzudu ,mende qisqanmiram ammma ne bilim hemise problemim olur cox deyingenlik edirem...yersiz yeredi bilirem amma ne bbilim bu xasiyyetimi hec sevmirem
24 avqust 2015 12:04
5
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Meleknur
Sitat: sadecə mən
Bunu evlənməzdən öncə düşünmək lazımdır.Evləndikdən sonra artıq keçmişə baxmaq lazım deyil.Həm siz onu olduğu kimi qəbul etmisiz ki, evlənmisiz.

Sizle raziyam mende ele duwunurem
24 avqust 2015 11:21
4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
sadecə mən
Bunu evlənməzdən öncə düşünmək lazımdır.Evləndikdən sonra artıq keçmişə baxmaq lazım deyil.Həm siz onu olduğu kimi qəbul etmisiz ki, evlənmisiz.
24 avqust 2015 10:55
3
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
Ayan
Hec de qisqanmiram hele ustelik gulurem de ki ne gunde qizi sevib.ozune bildirmek de duzgun deyil ogru yadina das salmaqdi.eger o senden qeseng olsa idi ve de helede onu sevirse onu alardi sen hadiseye yox neticeye bax .
24 avqust 2015 10:39
2
Her gulusun arxasında bır keder vardır
Offline
BARBI
Kecmisini qisqanmaram cunki kecmis kecmisde qalib men geleceye baxaram. Xosbext olmaga calisaram
24 avqust 2015 10:39
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv