Bəzən yatağı ayırmalısan ki, sevgi bitməsin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 859
Səs ver:
(səs: 1)
Avropa və Azərbaycanda boşanma hadisələrini araşdırıram. Azərbaycanda boşanan cütlüklər Erməni və Azərbaycan müharibəsinə döndərirlər ayrılığı.

Boşanandan sonra kişi qadının arxası ilə danışır, qadın da kişinin. Ya qadın namussuz olur, ya da kişi o*raş...

Övlad ən  ali dəyər olsa da, bu insanları övlad belə birləşdirə bilmir. Avropada boşanan cütlüklər övlada görə görüşür, bir yerdə zaman keçirir, sinemaya gedir və s.

Amma Azərbaycanda boşanan cütlüklər nəinki bir yerdə zaman keçirmək, övladlarında belə düşmənçilik yaratmağa çalışır. Məsələ budur ki, bizlər ən son həddə boşanmağa qərar veririk. İp üzüləndə deyil, ip qopanda ayrılırıq. Bu tək boşanmalarda deyil, sevgili vaxtı belə eynidir. Yeni bizdə normal ayrılıq qaydası yoxdur.

İki yolumuz var: ya bir yerdə olmaq, ya da düşmən. İqtisadiyyatımız kimi, ya kasıb olmalısan, ya da varlı. Orta təbəqə yoxdur. Azərbaycanda az halda boşanmış cütlüklər var ki, övladına görə bir yerdə zaman keçirsinlər.

Boşanmaq yatağı ayırmaqdır hörməti , sevgini ayırmaq deyil...

Bəzən yatağı ayırmalısan ki, sevgi bitməsin...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri