Yoldaşınız ilə həftə sonlarında tətbiq edə biləcəyiniz 10 fikir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 394
Səs ver:
(səs: 0)
Çox insan yaşayışının gedərək monoton bir hal aldığından şikayətlənir. Ancaq çox azı bunu dəyişdirmək üçün hərəkətə keçir. Əslində edilməsi lazım olanlar elə də çətin və əziyyətli şeylər deyil. Amma zaman tələb edirlər. Həftə sonları da məhz burada dövrəyə girir...

1. Birlikdə idman edin

Yoldaşınız ilə həftə sonlarında tətbiq edə biləcəyiniz 10 fikir

Beləliklə, həm ara əməkdaşlıq güclənir, həm də bədən və ruh sağlamlığınızı qorumuş olursınız. Həftənin gətirdiyi stressin üzərinizdə yaratdığı mənfi təsirlərdən xilas olmağın, idman etməkdən daha təsirli yolu olmadığına əmin ola bilərsiniz.

2. Uzun gəzintilərə çıxın



Həftənin yorğunluğunu atmaq üçün çox yaxşı seçimdir. Evlənmədən öncə birlikdə qısa bir gəzintiyə çıxmaq üçün belə necə fürsət axtardığınızı nə tez unutmusunuz...

3. Birlikdə romantik yemək yeyin



Yemək bəhanədi, əsas birlikdə keçirilən zamandır.

4. Qısa səyahətlərə çıxın



Dəyişiklik etmək yaxşıdır. Xüsusilə də, 1-2 günlük qısa səyahətlər. Ancaq bəzən yolun özü, səfərdən daha keflidir. Ona görə də əvvəl bir-birinizin, sonra da yolun və səyahətin dadını çıxarın.

5. Kitab oxuma saatı yaradın



Eyni şeylər haqqında danışmaqdan darıxmadınız? Cavabınız "bəli"dirsə, təklifimizi nəzərə alın.

6. Mətbəxdə keçirilən zamanı dəyərli edin



Evin mətbəxi sadəcə siz elə gördüyünüz müddət yemək bişirilən və yeyilən bir yer olaraq qalır.

7. Birlikdə film izləyin



Film izləmək də eynilə birlikdə kitab oxumaq kimi söhbət mövzularınızı zənginləşdirəcəkdir. Bundan başqa, birgə keçirilən və kef alınan yeni bir zaman diliminə də sahib olarsınız.

8. Sıradan anlara rəng qatın



Biraz hesabsız olun. Sarılın və ya yanağından öpün. Həyatda hər şey planlı baş verməz.

9. Söhbət etməyə vaxt ayırın



Söhbətlərinizi isti toxunuşlarla zənginləşdirin.

10. Mənzərələr də paylaşdıqca gözəldir



Səssizcə oturub, birlikdə gün batımını izləyin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri