Yoldaşınızın ailəsini davamlı tənqid etməyin

Müəllif: Catwoman666
Şərhlər: 4
Baxılıb: 1 711
Səs ver:
(səs: 1)
Evlilik iki fərqli ailədən gələn iki adamın birlikdə yaşama sənətidir. Amma bəzən o iki fərqli ailədən gəlmiş olmaq insanlardakı ara fərqləri göz önünə sərə bilər.

Xüsusilə qadınlar yoldaşının ailəsindən birinin özünə tərs gələn davranış ya da sözündə bunu dərhal yoldaşına əks etdirə bilir. Amma kişilər qadınlar qədər yaşananları xaricə əks etdirməkdə mahir deyil. Qadınların bu hər şeyi yoldaşına əks etdirmə istəyindəki israrı bəzən cütlüklər arasında dərin bir uçuruma səbəb ola bilir. Xüsusilə kişilər ailəsi hər nə qədər səhv davransa da bunun davamlı dilə gətirilməsindən xoşlanmır. Yəni "Anan mənə belə belə dedi. Mən də çox incindim. Sənin anan onsuz da davamlı mənə belə söyləyir" tərzi şikayətlənmələrdən xoşlanmır.

Ortaq tutum təyin edin
Qadın və kişi arasındakı təməl fərqlərə baxmayaraq bu tərz mövzularda ortaq bir tutum təyin etmək ən doğrusu. Edilməsi lazım olan yoldaşınızın ailəsindən çətinlik yaşadığınız hər kim isə ONA o anda çətinlik çəkdiyiniz şeyi söyləməkdir. Narahatlıqlarınızı birbaşa həmsöhbətiylə paylaşmayıb başqalarını vasitəsi etsəniz həm o əlaqənin gerçək bir əlaqə olmasını maneə törətmiş olarsınız, həm də yoldaşınızı davamlı müdafiə etmə mövqesində buraxarsınız.

Hər evli cütün ortaq istəyi olan xoşbəxt olma məqsədinə çatmaq üçün mütləq bir-birinizin ailəsinə qarşı töleranslı və anlayışlı olmalısınız. Bu ortaq tutumu birlikdə təyin etmək və bunu davam etdirmək mövzusunda israrçı olmanız ayaqları daha möhkəm yerə basan bir evlilik üçün sizə istinad olacaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri