Evliliyinizə zərər verən 4 yalnış davranış

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 651
Səs ver:
(səs: 0)
Qadınlar bəzən münasibətlərinə zərər verəcəyini bilmədən, hətta əlaqələrinin güclənəcəyini düşünərək səhv davranışlar edirlər.

Özünə baxmamaq
Bir çox qadın, kişilərin hər şəraitdə rahat olan qadınları seçim etdiyinə inanırlar. Halbuki bu tamamilə doğru deyil. Bəli, kişilər özlərini emosional baxımdan çox zorlamayan, rahat davranan və özlərini rahat hiss edən qadınları xoşlayırlar, amma bu fikir xarici görünüş üçün keçərli deyil.

Evliliyin sonrakı illərdə həyat yoldaşınızın yanında özünüzü daha rahat hiss etməyə başlamağınız çox təbiidir amma üst-başınıza bir az diqqət etməlisiniz. Çünki kişilər ən xırda dəyişiklikləri belə, dərhal fərq edirlər. Əslinə baxsanız ən rahat kişilər belə vizuallığa çox əhəmiyyət verirlər.

Ona kral kimi davranmaq
O nə edirsə etsin, siz içinizə atmağa, incikliyiniz, ya da qəzəbinizi ona əks etdirməməyə davam etdikcə əslində münasibətiniz köhnəlir.

Həyat yoldaşınız sizi həqiqətən incidəcək və ya hirsləndirəcək bir şey edəndə, qəzəbinizi və ya incikliyiniz o anda ona deməsəniz, o bunu etməyə davam edəcəkdir. Kişilər qadınların dözüm sərhədlərini test edirlər. Sərhədi keçəndə sizdən aldıqları reaksiyanı ölçür və bundan sonrakı addımlarını ona görə atırlar.

Digər tərəfdən, fikirinizi və nə hiss etdiyinizi ona izah edərək özünüzə olan etibarınızı göstərmiş olarsınız. Bu da əslində kişilər tərəfindən bir şikayət kimi deyil, özünə inamı nümayiş etdirmək kimi qəbul edilir və sizi cazibədar olmanızı təmin edir.

Hər zaman dürüst olmaq
Bəzən ağ yalan demək lazım olur. Hər zaman həyat yoldaşınız həqiqətləri qəbul edə bilməz. Dürüstlük sağlam münasibətlərin təməl daşlarından biri olsa da, bəzən həqiqətləri etiraf etməyiniz münasibətinizə inamsızlıq hissini və qəzəbi artırarsa, yalan sizin üçün yaxşı bir siyasət ola bilər. Əlbəttə, böyük yalanlardan bəhs etmirik. Bunlar ciddi çətinliklərə səbəb ola bilər. Sadəcə ikinizin də rahatlığını pozmayacaq kiçik yalanlar.

Əlaqəni hər şeydən üstün görmək
Daim "biz” vurğusu söyləmək, "Biz bir almanın iki hissəsiyik, birimiz olmadan digərimiz də olmaz” kimi düşüncələrə qapılmaq, çoxu qadının düşdüyü bir səhvidir. Ailəniz çox uzun müddət davam etmiş olsa da, statusunuzu itirməmək çox əhəmiyyətlidir. Özünüzə zaman ayırmırsınzsa, münasibətiniz həyəcanını itirməyə başlayacaq. Unutmayın, ən sağlam, ən xoşbəxt cütlər bir-birindən ayrı olaraq sərbəst vaxt keçirən insanlardır.

Tək başınıza bir şeylər etmək üçün özünüzə vaxt ayırın. Həftə sonları siz öz dostlarınızla, həyat yoldaşınız da öz dostları ilə vaxt keçirə bilər. Hər iki tərəf özünə aid nələrsə etsə bir-birinizə izah edəcək sözləri  olur. Bir çox əlaqə bitirən şey, danışacaq bir sözün qalmamasıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri