Evlənməkmi çətin yoxsa boşanmaq?

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 501
Paylaş:
Səs ver:
(səs: 0)
Dövrümüzün ən populyar problemlərindən biri olan boşanmalar üzrə yazan Hipnoterapist və Sosyoloq Gani Eserin sözlərinə görə evlilik iki insanın bir bütün olma, birlikdə yaşamaq və çoxalmaq istəyinin insanlar tərəfindən qəbul olunmuş halıdır. Pis niyyətli olmayan heç kim boşanacağını düşünərək evlənməz. Ancaq şərait, daxili və xarici amillər hər bir evliliyin uzun müddətli ola bilməsinə imkan verə bilir.

Evlilikdən qabaq cütlüyün bir-birilərini tanımaları, gələcəyə baxışlarını müzakirə etməli və birlikdə bu gələcyin bir parçası olub olmayacaqlarını anlamalıdırlar. Qadınlar və kişilər isə evlilik məfhumuna fərqli mənalar düşünərlər. Qadının ana olma instinkti, uşaqları üçün ən uyğun genetik keyfiyyətlərə sahib kişini tapdığında hərəkətə keçib ailə qurmağa proqramlanarkən, kişilər sadəcə bəlirli bir yaşa gəldikdən sonra seçici davranmağa başlayarlar.

Kişilər üçün sevgili olmaq, nişanlanmaq, evlənmək çox fərqli məfhumlar deyil və bu haqda özlərini yormağı belə lazımsız hesab edirlər. Əgər sevdiyi insanla birlikdə olabilirsə bunun necə olduğunun əhəmiyyəti yoxdur onlar üçün. Vəziyyətin ciddiliyini evləndikdən bir müddət sonra idrak edəbilirlər.

Eşqin, cinsəl istəyin və nəzarətsizliyin sonunda planmadan dünyaya gətirilən uşaqlar cütlüklər üçün xoşbəxtlik səbəbi ikən, bir çox evlilikdə bitmə səbəbi olabilər. "Bu uşağı mən istəməmişdim” sözü sizin üçün sonun başlanğıcını yaradacaqdır. Uşaqlar hələ ana bətnində ikən hər sözü eşidə bildiklərini və anlaya bildiklərini var saysaq bu özünə inami əksik, istənilmədiyini düşünən bir gələləck nəsil üçün bu cümləni eşitmələri kifayətdir.

Qarşılarına çıxan güclüklər ya cütlükləri bir-birlərinə bağlar ya da tükənərək bu yoldan imtina edirər. Birlikdə aşılacaq əngəllərin sayı dözüm ilə düz mütənasibdir. Cəmiyyət hər bir evliliyin davam etməsini, böyükləri onları bir araya gətirməyə və evliliklərinə şans vermələrini istəsə də hər kəs bunu qəbul etməyəb.

Əslində boşanmaq düşünüldüyü qədər mənfi bir hal deyil. ses-küylü, mübahisəli, dinclik olmayan bir ailə yerinə ana və ya ata yaninda böyümək uşaq üçün də faydalıdır.

Bütün hüquq sistemləri evliliyin daha asan bir şəkildə, boşanmanın isə daha çətin bir şəkildə ərsəyə gəlməsi yönündə qurulmuşdur. Ancaq bunun əksini düşündükdə- evliliyin daha çətin bir şəkildə, sorğulanaraq, gələcəyi necə planladıqlarını, uşaq sahibi olma mövzusunda məsuliyyətlərini dəqiqləşdirdikdən sonra icazə veriləcək bir sistem olsaydı boşanmaların sayının azalacağına əminəm. Ən azı bu qədər əziyyətlə əldə etdikləri evliliyi iki dəqiqədə silib atmamışdan qabaq düşündürəcək.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 501
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv