Evliliyiniz mübahisələrin qurbanı olmasın!

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 1 985
Səs ver:
(səs: 0)
Davalar, küsmələr, barışmalar münasibətlərin dadı-duzu amma bəzən də sonu olur. Bəzən hər hansı bir problem həll etmək üçün sevdiyimiz insanla saatlarda mübahisə edirik. Mübahisə edirik ki, sevdiyimiz insan dəyişsin, bizim istədiyimiz kimi hərəkət etsin.  Amma diqqət biz problemi həll etmək istəyərkən o dönüb birdəfəlik getməsin!

Bütün dünyada ta keçmişdən bu yana qadını ikinci planda görmək kimi fikirlər var. Bunların olmasından dolayı feminist hərəkət edən qadın-kişi savaşı artır. "Qadın-kişi”  döyüşləri evliliyi məhv edir. Bunun dərinliyinə getmək lazım deyil.

İkinci səbəb isə "sənin ailən”  "mənim ailəm” sözləridir. Artıq mənim və sənin ailən yox cütlüyün bir ailəsi var. Hər kəs öz ailəsi sevməli hörmət etməli, ancaq ailə işlərinə qarışmağa yol verməməlidirlər. Belə mövzularda xüsusilə də kişilərin daha iradəli olması lazımdır.

Səhvsiz insan yoxdur. Unutmayaq mübahisələr, söz-söhbət təbii ki olacaq ancaq bularında dadını qaçırmaq, necə deyərər el dilində desək aradan pərdəni götürmək lazım deyil.

Mübahisə edən zaman belə bir-birinizi təhqir edən sözləri işlətmək lazım deyil. "Sən bacarıqsızsan”, "sən heç nə bacarmırsan” və s. kimi sözləri deməkdən qaçmaq lazımdır.

Birdə keçmişə dönməkdən qaçmaq çox önəmlidir. Mübahisə sırasında ən böyük səhvlərdən biri keçmişə qayıtmaq, keçmişdə olub bitmiş hadisələri təkrar-təkrar deməkdir.

Mübahisə edərkən diqqət edin
– Mübahisə etdikdə həmişə özünüzü haqlı, qarşınızdakı haqsız çıxarmağa çalışmayın. Unutmayın bəzən uzan-uzadı mübahisə etdiyiniz mövzularda əslində günahkar yoxdur.

– Boşanmaq sözü çalışın işlətməyin. Bu sözü alışqanlıq halına gətirmək lazım deyil.

– Özünüzü haqlı çıxarmaq üçün qışqırmayın. Unutmayın qışqırdığınız zaman nə deyirsiniz deyin qarşı tərəf sizə qulaq asmır.

– Sıxıntınızı, problemlərini söyləməkdən çəkinməyin. Kişilərdən söyləmədən sizin problemlərinizi anlamasını gözləməyin.

– Ən önəmlisi isə ərinizi sevin. Unutmayın kişilər heç böyüməyən uşaqlardır. Uşaqlar kimi tez əsəbləşər, ancaq uşaqlar kimi tez qəlblərini ələ almaq olur. Hər mövzuda sakit yanaşsanız, oxşarsanız qəlblərini tez ələ ala bilərsiniz.

– Qadınlar yumşaltmaq üçün bir neçə şirin söz, bir az diqqət kifayət edər. Kişilər üçün isə cinsi ehtiyaclarının qarşılanması da çox önəmlidir. Cinsi ehtiyacların ödənməsi kişilər üçün yemək-içmək qədər önəmlidir.

– Ən əsas məsələ sıxıntılı, problemli məsələləri ac ikən yoldaşınıza söyləməyin. Gözləyin qarnı doysun, rahatlanıb bir az dincəlsinlər sonra söylərsiniz.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri