Evliliyi xoşbəxtliyə apara bilməsi üçün

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 252
Səs ver:
(səs: 1)
1. Qarşılıqlı güvən, diqqət, əmək, səmimilik və yaxınlıq yaşaya bilmələri,
2. Lazım olduğunda uşaq tərəflərini unutmadan yetkin qalmağı bacara bilmələri
3. Evlilikdə yaşanan problemlərdə öz səhvlərini anlamaq və həll etmək üçün səy göstərməyə hazır olmaları, yəni mənfi gedən şeylərdən qarşısındakını cavabdeh tutaraq və həll üçün qarşı tərəfin "bir şey" etməsini gözləyərək vaxt itirməmək,
4. Keçmişdən gətirdikləri və həll edə bilmədikləri özlərinə aid problemlərini həll etməyi bacaranş,
5. Evliliklərdə yaşanan problemləri özlərinə edilmiş haqsızlıq, təhqir, alçaltma, hörmətsizlik, sevgisizlik və s. kimi qəbul etmək yerinə qarşılıqlı əlaqəylə və əlaqə içində həll edilməyi gözləyən vəziyyətlər olaraq qəbul edə bilmələri,
6. Evliliyin yalnız əskiklərini görmək yerinə, evliliyin inkişaf etdirən və yetkinləşdirən müsbət xüsusiyyətlərini də görə bilmələri,
7. Əlaqədən və yoldaşlarından gözlədiklərini dəqiq bir şəkildə başa salmaları; həqiqi olmayan ümidlərini lazım gəldikdə həyat şərtlərinə və dəyişikliklərə uyğun olaraq yenidən qaydasına qoya bilmələri,
8. Problemləri "yoxmuş" kimi yaşamağı seçmək yerinə vaxtında fərq edib anlamağa və həll etməyə çalışmaları,
9. Problemlərini həll edə bilmədiklərini fərq etdiklərində isə bir mütəxəssisdən kömək ala bilmə və danışa bilmə cəsarətini göstərə bilmələri lazımlıdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 252
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri