Xoşbəxtliyə səbəb olacaq evliliyin dörd şərti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 314
Səs ver:
(səs: 1)
İnsan həyatının sönməz hisslərindən biri də evlənməyə ehtiyac hissidir. Allah Taala hər bir insanın təbiətində həyat yoldaşı ilə birgə yaşamaq meyli qərar vermişdir. Yetkinlik yaşana çatan hər bir qız və oğlan kimlərinsə onlara deməyinə ehtiyac olmadan özlərində əks cinsə qarşı təmayül hiss edirlər. Bu, onların fitrət və təbiətində yerləşdirilmiş həmin meyldir ki, vaxtı çatanda özünü büruzə verir.
Bəziləri elə bilirlər ki, əgər onlar ömür boyu sakit, aram yaşasalar, evlənməsələr onların ömürləri çox olacaqdır və bununla da öz güclərini qorumuş olacaqlar. Halbuki bu cür fikirləşən adamlar özləri də bilmədən fitrətin, təbiətlərinin və yaradılışın əleyhinə müharibəyə qalxmışlar. Təbiidir ki, onlar bu müharibədə məğlubiyyətlə üzləşəcəklər. Evlənməyib subay qalmaq nəticəsində olan məğlubiyyətlərin müxtəlif cəhətləri vardır.
Siz evlisinizsə, yəni artıq özünüzə həyat yoldaşı ( kişisinizsə qadın, qadınsınızsa kişi) seçmisinizsə, gərək yenidən öz həyat yoldaşınıza aşiq olasınız.
Yox, əgər evlənməmisinizsə və ailə ocağınızı hələ də sönük saxlamısınızsa, qəlbiniz hələ də tənhadırsa sevgi nəticəsində qurulmuş ailələrə baxın, görün ki, onlar subay insanlardan daha çox ömür sürürlər, depresiya, stress və iztirablardan uzaqdırlar, rahat və aram həyata malikdirlər. Çünki evlilik insan hisslərini və emosuyalarını mötədilləşdirir, həmçinin yaşayış tərzinin nizama salınmasında və müntəzəmliyində, hətta qida rejiminin də nizamlanmasında təsirlidir.
Halbuki ülvi olmayan hisslər insana yalnız iztirab və nigarançılıqlar bəxş edir, buna görə də onun insanın cisminə və bədəninə vurduğu ziyanlar aşkar görünür.
Odur ki, biz İslamın evlənmə ilə əlaqədar göstərişlərinə nəzər saldıqda görürük ki, sevimli Peyğəmbərimiz (s) və Əhli-beyt (ə) evlənməyi insanın xoşbəxtlik əlamətlərindən sayırlar.
Təbiidir ki, hər iki tərəfin xoşbəxt olmasına səbəb olan evlənmənin şərtləri və xüsusiyyətləri vardır. Belə ki, hər bir iş təfəkkür, diqqət və xüsusi şərtlər əsasında həyata keçirilməlidir, yoxsa xoşbəxtlik əvəzinə bədbəxtlik gətirəcəkdir.
Xoşbəxtliyə səbəb olacaq evliliyin birinci şərti qadın ilə kişi arasında əxlaqi və fikri uyğunluqdur. İslam göstərişlərinə əsasən insanın məhz öz nəslindən, şəhərindən, əyalətindən olanla evlənməsi lazım deyil, əksinə qohum olmayanla evlənmək daha məsləhətlidir. Hətta daha uzaq şəhərdən olanla evlənsə daha yaxşıdır. Amma əxlaq, düşüncə və dünyagörüş cəhətdən uyğunluğun olması lazımdır.
Xoşbəxtliyə səbəb olacaq evliliyin ikinci şərti ər ilə arvadın qarşılıqlı ehtiramla olan davranışlarıdır. Bir birlərinə olan sevgilərini əməl, rəftar və hərəkətləri ilə göstərməlidirlər. Başqa sözlə desək onların arasında olan bütün növ rəftar, davranış və hərəkətlər sevgi və məhəbbət əsasında olmalıdır. Onlar həyatın şadlıqlarında da qəm-kədərində də bir birlərinə dayaq olmalı, mühüm işlərdə birlikdə məsləhətləşməlidirlər. İşləri könül istəyi ilə bölüşdürməlidirlər. Kişi qadına qulluqçu və xidmətçi kimi baxmamalı, eləcə də qadın kişini nökər saymamalıdır.
Xoşbəxtliyə səbəb olacaq evliliyin üçüncü şərti əsəbilik, qəzəblənmək və zorakılıqdan kənar olmaqdır. Ümumiyyətlə əgər ailə həyatında təziyqlər və yersiz tələblərin yerini əvf etmə, bağışlama və güzəştə getmə tutarsa, zorakılığın yerini lütf etmə və mərhəmət göstərmə, həmçinin dedi-qodu və deyinməklərin yerini gülüş və təbəsüm tutarsa belə bir ailə, yəni qadın və kişinin heç biri qocalmazlar. Hansı ailələrdə bu cür rəftar yoxdursa onlar indi də tədriclə özləri üçün bu yolu yarada bilərlər.
Xoşbəxtliyə səbəb olacaq evliliyin dördüncü şərti budur ki, kişi öz həyat yoldaşına başqa qadınları tərifləməsin, eləcə də qadın öz həyat yoldaşına başqa kişiləri tərifləməsin. Çünki belə təriflər qarşı tərəfin qəlbində kin, küdurət və düyünlər yaradır, çoxlu sayda mənasız ixtilafların mənbəsinə və qaynağına çevrilir. Kişi öz həyat yoldaşının onun üçün ən gözəl və ən yaxşı qadın olduğunu dərk etməli, qadın isə öz ərinin onun üçün dünyanın ən yaxşı kişisi olduğuna inanmalıdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri