Evlənmək istəyənlər, bu xəbəri mütləq oxusun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 713
Səs ver:
(səs: 1)
Qanuna əsasən, nikaha daxil olmaq barədə ərizəyə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə olunur.
Dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı nikaha daxil olmaq istədikləri ərizə ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına verməlidir. Nikah, nikaha daxil olmaq istəyən şəxslərin ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlana bilər.
Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
Bütün tibbi müayinələr pulsuz həyata keçiriləcək.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçiriləcək.
Beləliklə, nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da veriləcək.
Tibbi müayinənin nəticələri arayışda əks etdilməyəcək.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir. Lakin həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Hansı halda nikah etibarsız sayıla bilər?
Nikaha daxil olan şəxslərin bilməli olduğu qaydalardan biri də nikahın etibarsız sayılması halıdır. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Qeyd edək ki, 2014-cü ilin dekabrında prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqda qanunu təsdiqlədikdən sonra nikahdan əvvəl tibbi arayışın tələb olunması qanuniləşib.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri