Evliliyi qorumağın 10 yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 119
Səs ver:
(səs: 2)
Səhv sizdə olduğunda qüruru bir kənara qoyub üzr istəyin.

Dalaşarkən həyat yoldaşınızın artıq həyatınızda olmadığını düşünün. Bir mübahisəni dayandırmanın ən yaxşı yolu o insanı itirdiyinizi və onun üçün darıxdığınızı hiss etməkdir.

Daha çox gülün. Evliliyin ən böyük sirlərindən biri də budur.

Həftə sonları toplanın. Əgər uşaqlarınız varsa, onları da dəvət edin. Birlikdə br yemək yeyin, əyləncəli vaxt keçirin.

Seks proqramı hazırlayın. Plan hazırlamaq çox romantik olmasa da, sekssiz bir həyatdan yaxşıdır.

Xırda şeylər haqqında danışın. Danışmağa davam etdikcə münasibətiniz güclənəcək.

Özünüzə aid bir həyatınız olsun. Kimsə dostu olmayan bir adamdan xoşlanmaz. Buna görə hobbiniz, dostunuz olsun.

Təşəkkür etməyi unutmayın. Çox önəmlidir. "Bu axşam yemək hazırladığın üçün təşəkkür edirəm”, – deməniz çox dəyərlidir.

Qışqırmayın. Heç kim sizə dava etməyin demir. Ancaq dalaşarkən belə qışqırmayın, pis sözlər işlətməyin, səviyyənizi alçatmayın.

Əl-ələ tutun. Hətta qəzəbli olduğunuz da belə toxunun. Bəzən ən xırda təmas belə hər şeyi unutdurur.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 119
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri