Qısqanclıq: İfrat qısqanmaq da xəstəlikdir, heç qısqanmamaq da...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1511
Səs ver:
(səs: 1)
Qısqanclıq insan həyatına təsir edən narahatedici duyğulardan biridir. Bəziləri qısqanclığı sevginin qayçısı adlandırır, bir başqası ona ruhun xəstəliyi kimi baxır, digəri isə qısqanclığın insanı alçatdığını iddia edir. Bəs insan niyə qısqanır? Bu, özünə inamsızlıqdırmı, yoxsa qarşındakınamı?Mütəxəssislərə görə, qısqanclıq çox zaman dəyərsizlik, bədbəxtlik, təklik, özünəinamsızlıq və çarəsizlik kimi duyğularla yanaşı müşahidə olunur. Qısqanclıq həm sahib olduğunu itirə biləcəyi, həm də başqasının sahib olduğuna sahib olma istəyi ilə yaranan duyğudur. Qısqanclıq bəzən gündəlik həyatın bir anı olaraq gəlib keçən, bəzən isə bütün həyatı alt-üst edə biləcək bir duyğu kimi müşahidə edilir. Qısqanclıq yaşayan insanlar duyğularının yersiz olub-olmadığını araşdırmalıdır. Çünki qısqanclıq çox zaman qısqanan şəxsin daxili dünyasında şişirib şərh etdiyi problemlərdən də irəli gələ bilir.
Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, həssas, xarici faktorlardan daha çox təsirlənən insanlar daha qısqanc olurlar. "Qadın və kişilərin yaşadıqları qısqanclıq duyğuları ilə mübarizə apara bilmə gücü isə tamam fərqlidir. Qadınlar çox zaman öz haqq və istəklərindən imtina edib güzəştə getməyi bacarırlar. Kişilər isə çox zaman təhdid edərək və ya zorakılıqla öz istəklərini reallaşdırmağa çalışırlar. Qısqanclıq həddindən artıq sahiblənmə və həddindən artıq aidiyyət duyğusudur. Bu, elə bir hissdir ki, dağıtma qüvvəsinə malikdir. Qısqanclıq hamıda olmalıdır, ancaq qaydasında. Qarşıdakı insana zərər vermədən, öz sosial həyatını alt-üst etmədən azacıq qısqanmaq mümkündür. Ancaq qısqanclıq xəstəlik halını alanda bunun qarşısını almaq mümkün olmur”.Müsahibimiz bildirir ki, xəstəlik dərəcəsində olan qısqanclıq qarşı tərəfi çox narahat edir. Davamlı izləmək, sorğu-sual, nəzarət etmək, tələblər qoymaq, tələ qurmaq, məhdudlaşdırma və s. qısqanclıq xəstəliyinin əlamətləridir. Qısqanan adam aldanacağı düşüncəsi ilə ağlında müxtəlif fikirlər yarada bilər. "Məsələn, facebookda saxta hesab açıb, diqqətçəkici fotoşəkillərlə yoldaşına, sevgilisinə dostluq təklifi göndərər. Fikirləşər ki, görəsən tanış olacaqmı? Ən təhlükəlisi isə əvəzçıxmaqdır. Yəni aldadıldığını düşünərək özü aldadar. Bir də qarşısındakı insanı davamlı olaraq alçaldar ki, onun özünə olan etibarı azalsın və başqa biri ilə olma fikri ağlına belə gəlməsin”.
Qısqanclıq xüsusilə qadınlar tərəfindən həddindən artıq sevilmə kimi qəbul edilir. Qadında romantik aclıq varsa, qarşı tərəfə lazım olduğundan çox bağlanır. Bu cür əlaqələrin sonu isə çox zaman ayrılıqla nəticələnir. Və qısqanılan şəxs bu münasibətdən mənəvi zədə ilə çıxır. Çünki həddən artıq qısqanan adamda başqa cür psixoloji balanssızlıqlar da baş verir.ABŞ alimlərinin araşdırmaları göstərir ki, qısqanclıq eqoya görə inkişaf edir. Pataloji səviyyədə qısqanan insanlar adətən özlərinə etibarı, inamı olmayanlar olur. Uşaq olduğu zaman ana və atasının xəyanətinə şahid olmuş şəxslər daha çox pataloji qısqanclıq yaşayır.
Qısqanclıq cinayətlərə belə səbəb ola bilər. Buna psixologiyada Otello sindromu deyilir. Mütəxəssislərə görə, qısqanclıq hadisələrinin əsas səbəbi sosial mediadır. Çünki insanlar arasında ünsiyyət imkanları artdıqca aldatma imkanları da artır. Artıq hər kəs bir-birinə rahatlıqla çata bilir.Psixoloq deyir ki, pataloji qısqanclıq kimi heç qısqanmamaq da xəstəlikdir. İnsan sevdiyi halda qısqanırsa, burada mənlik zədələnməsi var. İnsan partnyorunu özündən üstün görürsə və şüuraltında qısqandığı zaman itirəcəyi məlumatı varsa, qısqanclıq duyğusu yox ola bilər.
Mütəxəssislərə görə, pataloji qısqanclıq müalicə ilə 4 ay-2 ilə qədər sağala bilir.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 1511
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72556
Xəbər sayı: 1
Qeydiyyat: 7.04.2012
vipbetul
qisqanclioq xesdelikdir inamsizliqdir
30 yanvar 2016 20:00
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 5892
Xəbər sayı: 388
Qeydiyyat: 2.09.2015
heyatim_menim
qisqanc men herseyi qisqanama bilerem hetda dostlarimida basqasiyla boluse bilmirem bir dostum var o mene sadiqdi sagolsun mende ona canimdi menim Ailemide qisqaniram amma evvel bele deyildim belke de icimde varidi yeqin uze cixmaga qoymurdum.evvel menide qisqanan biri varidi amma indi yoxdu qisqancliq bezi hallarda yaxsidi cunki bilirsen ki seni onemsiyen biri var heyatinda bundan da xosbext olursan.insaniq qisqancliq insanin qaninda olur isdemesende.
30 yanvar 2016 18:49
9
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Şərh sayı: 7572
Xəbər sayı: 0
Qeydiyyat: 30.04.2015
yarpaq33
Awiri derecede olan Qisqancliq demek olarki bir xestelikdi bele insanlar psixoloqa muraciet etmelidir cunki insan ozu ozune zerer yetire biler ama normal derecede qisqancliq her birimizde var
30 yanvar 2016 17:17
8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Şərh sayı: 1883
Xəbər sayı: 36
Qeydiyyat: 8.11.2015
savior angel
of bu qisqancliq qisqancliq men qisqanmaqdan bezdim qisqancliq mennen bezmedi 18 Men cox dehwet qisqanc biriyem inanin bu ozumnen asili deyil.Amma mennende xesdesi varmiw sevdiyim wexs qisqancliq ujey onda xestelikdir.Tesevvur edin men oz xalam oglanlari ile daniwmaga qoymur sadece salam sagol vessalam hele neler neler onu demirem bir sozle mene deyirki senin aldigin nefesede qisqaniram.Hara getdim bunun xeberi olmalidi ve s.Deyirem evli olannan sora yeqinki biraz az qisqanarsanda deyir yox eksine onda bunnanda beter olacaq deyir neyniyime bir anliq deli oluramda ele bil ozumnen asili olmur .Neblim vallah hemiwe deyirdim sevgilim cox qisqanc olsun dee bu da bawima geldi 09 Ama mence bele yaxwid herden hirslensemde ama cox vaxt lezzet edir onu qisqandirmaq 23 ama o da meni qisqandiranda dehwet olur 18 dash_mini
30 yanvar 2016 15:44
7
Şərh sayı: 3263
Xəbər sayı: 42
Qeydiyyat: 25.10.2015
kiraz mevsimci kiz
men isteyirem ki meni cox qisqansin sevdiyim
30 yanvar 2016 14:54
6
kas tez gelsen qaqasim
Şərh sayı: 5652
Xəbər sayı: 13
Qeydiyyat: 20.05.2015
ayka95
mende cox qisqancam amma icimde hec vaxt biruze vermirem
30 yanvar 2016 12:31
5
Şərh sayı: 80409
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Qisqancliq xestelikdir. Cox qisqanc insanlar mualice almalidir. Munasibetde qisqancliq dozasinda lazimlidir. Hedden artiq qisqancliq her iki terefi bir birinnen soyudur. Ona gore ozunu cilovlamagi bacarmaliyiq
30 yanvar 2016 12:03
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 16531
Xəbər sayı: 1522
Qeydiyyat: 24.12.2014
Tomris Müslümova
Münasibətdə,rahatlıq inam yaxşı şeydir.Qısqanclıq iki səbəbdən yarana bilər.Ya güvənsizlikdən,yada ki xəstəlikdən.Mənim istədiyim oğlan qısqancın kubudu.Bu inamsızlıqdan deyil.Bəlkədə xəstəlikdir nə demək olar.Ancaq əvvələr belə deyildi.Get-gedə belə oldu.Ondan icazəsiz harasa getmək nədi? Ona deməmiş filan paltarı geyinmək nədir? Ev telefonuna cvb vermək nədir? Çox ee çox şeylər.Ancaq bu məni bir o qədərdə narahat etmir.Çünki mən ondan betər qısqancam.O mənə görə çox uzaq məsafədə istirahətini yarımçıq qoyub gələn adamdır.Nədi-nədi birdən qərarımı dəyişdimki gəlməlisən vəssalam.Gecəynən durdu gəldi.Heç 1 gün deyildi halbuki getdiyi.Facebooka şəkil qoymaq olmaz,parol məndədi zatən görürəm,Whatsapp a öz şəklin olmaz,toya getmək yasak ;) Yənimdə bu kimi qadağalarım və qısqanclıqlarım var.Qarşılıqlı qısqanclıq var deyə bu bizi heçdə narahat etmir.Ancaq elələri varki arvadı az qala qəfəsdə saxlıyaar.Filankəsə nəyə baxdın,qardaşına niyə salam verdin.Bunu artıq xəstəliyi pik nöqtəsi hesab etmək olar.Təşəkkürlər
30 yanvar 2016 11:31
3
Mənim olan bu heart səni çox sevir!!!
Şərh sayı: 10662
Xəbər sayı: 0
Qeydiyyat: 11.07.2014
qanadli melek
Mende heddinen artiq derecede qisqancam bunun nomral olmadigini bilirem ne qeder bunun ohdesinen gelmeye caliwsamda olmur bacarmiram.bunuda cox aydin sekilde goruremki bu hem ozume hem qarwimdakina zerer verir.ama ozumden asili sagalmasi cox cetin bir xestelik olub bu mende))
30 yanvar 2016 11:04
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Şərh sayı: 15189
Xəbər sayı: 995
Qeydiyyat: 9.07.2013
Antikvar
Düzdü qeyd olunub qısqanclıq üstündə cinayətlər belə törədənlər var. Az eşitməmişik tv-lərdə hansısa kişi arvadını qısqanclıq üstündə qətlə yetirdi, eləsidə var işgəncə verib. Qısqanclıq olmalıdı amma həddində çox olması özüylə bərabər qarşı tərəfdə ziyan vurur.Mən inamsızlıq deməzdim sevgi deyərdim qısqanan insanları(həddində qısqananları nəzərdə tuturam) Qarşındakına sevgisi olmayan nəyini qısqanana bilərki? Sevəsən gərək onu kimlərəsə nələrəsə qısqanmağı bacarasan.Hər bir hissin həddi var, həddindən artıqı hər bir hiss hər şeyə zərərlidir.
30 yanvar 2016 10:43
1
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri