Ailə qurmaq üçün istixarə etmək olarmı?

Müəllif: Meleknur
Şərhlər: 5
Baxılıb: 3 403
Səs ver:
(səs: 1)
İstixarə o zaman edilir ki, insan bir işin xeyir və ziyanları barədə lazımi təsəvvürə malik deyil. Bir işi edərkən, onun pis yoxsa yaxşı nəticə verəcəyini bilmir. Buna görə Allahdan cavab istəyir və istixarə edir. Ailə qurmaq üçün istixarə etmək bəyənilmir. Çünki bu işin müsbət və mənfi tərəflərini ağılla düşünərək və araşdırma apararaq öyrənmək olar. Ailə qurmazdan qabaq insan qarşı tərəfi yaxşı tanımalı, onunla öz dünyagörüşünü müqayisə etməli, onun əsil-nəcabəti ilə maraqlanmalı, xarici görünüşü haqqında təsəvvür əldə etməlidir. Bu barədə istixarə etməyin mənası yoxdur. Çünki əldə olunan məlumatlardan gələcək üçün proqnoz qurmaq mümkündür. Məşhur alimlərin bəziləri ümumiyyətlə, evlənmək haqqında istixarə etmək təkliflərinə mənfi cavab vermişlər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri