Mübahisə, hətta dava etmək normal bir şeydir. Amma mübahisədən sonrasına
diqqət etmək lazımdır. Mübahisələrin münasibətinizin gedişatına pis
istiqamətdə təsir göstərməməsi üçün mübahisədən sonra uzaq durmalı
olduğunuz 5 hərəkəti sizlər üçün müəyyənləşdirdik.
Cütlüklərin mübahisə etməsi olduqca
təbiidir. İki fərqli insansınız və bəzən fərqli istəkləriniz, fərqli
seçimləriniz ola bilər. Əsas olan mübahisədən sonrakı
davranışlarınızdır.
1. Soyuq davranmaq
Bir mübahisənin ardından bir az
özünüzlə baş-başa qalmağa ehtiyacınızın olması təbiidir. Ancaq adətən
çütlüklərin etdiyi ən böyük xəta mübahisədən sonra araya sədd çəkməkdir.
Onu görməzdən gəlmək, diqqət etməmək kimi davranışlar qarşı tərəfdə onu
cəzalandırırmışsınız kimi bir hiss yarada bilər və bu da aranızda
məsafələr yaradacaqdır.
2. Bəsit bir üzrlə yola vermək
Haqsızlıq edən sizsinizsə, üzr
istəmək vacib bir hərəkətdir. Amma həyat yoldaşınız hələ vəziyyətə görə
narahatdırsa və inciyibsə, onda bəsit bir "üzr istəyirəm” sözü ilə
vəziyyəti yaxşılaşdıra biləcəyinizi zənn etməyin. "Bu səbəbdən bunu
etdiyim üçün...” ilə başlayan bir üzr onu incitdiyinizin fərqində
olduğunuzu və ürəkdən üzr istədiyinizi ifadə edir qarşı tərəfə. Növbəti
bir addım da "Bundan sonra bu şəkildə davranacağam” deməkdir. Bu sayədə
səhvinizi təkrar etməyəcəyinizi də ifadə etmiş olarsınız.
3. Mübahisəyə səbəb olduğu üçün onu günahlandırmaq
Mübahisənin minlərlə səbəbi ola
bilər. Pis bir gün keçirmiş ola bilərsiniz, başınız çox ağrıyır,
yorğunsunuz, yetərincə yata bilməmisiniz. Bütün bunlara rəğmən günahı
qarşı tərəfə atmaq heç də ədalətli bir davranış deyildir. Ən yaxşısı ona
hazırki vəziyyətinizlə bağlı öncədən məlumat verməkdir. O bunu
anlayacaq və daha diqqətli davranacaqdır.
4. "Mən belə demək istəmirdim” deməyin
Bu sözü demək sanki silgidən
istifadə etməyə bənzəyir. Amma sizə müsbət bir nəticə verməz. Çünki siz
bu sözü sərf etdikdən sonra həyat yoldaşınız daha da hiddətlənə bilər.
Dediyiniz sözlər yerinə deyəcəyiniz sözlərə köklənməyiniz daha yaxşı
olacaqdır. Eyni şəkildə həyat yoldaşınız da bu sözü işlətdiyi zaman
hiddətlənmək yerinə daha müsbət düşünməyi sınamalısınız.