Xoşbəxt evliliyin 12 sirri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 021
Səs ver:
(səs: 1)
Yeni bir münasibətin həyəcanı, yeni insanı tanımaq müddəti olduqca maraqlıdır. Bu münasibət zaman keçdikcə irəliləyərək daha ciddi bir mərhələyə gəlir və evlənməklə sonlanır. Tərəflər subay ikən elədikləri məsuliyyətdən uzaq, rahat hərəkətləri evlənəndə də etdiklərində aralarında anlaşılmazlıq yaranır və problemlər ortaya çıxır. Evlilikdə xoşbəxt olmağın iki yolu var; düzgün insanı tapmaq və düzgün insan olmaq. Bu yazımızda sizinlə xoşbəxt olmaq üçün evlilik həyatınızda tətbiq edə biləcəyiniz bir neçə sirri paylaşırıq.

1. Problemləri bir-birinizi cəzalandıraraq həll etməkdən uzaq olun
Münasibətlərdə qarşı tərəfi cəzalandırmaq yaşanan problemi həll etməz, əksinə tərəflərin bir-birindən uzaqlaşmasına səbəb olar. Yoldaşınızın sizə yaxınlaşmasını əngəlləyərək, ona xəbər vermədən planlar edərək, tez-tez tənqidi sözlər deyərək, onunla danışmayaraq, xoş sifət göstərməyərək onu cəzalandırdığınızı düşünürsünüz, ancaq bunları etməklə bəlkə də aranızda gələcəkdə yeri doldurula bilməyəcək boşluqlar açırsınız.

2. Bir-birinizlə rəqabətə girməyin
Rəqabət insanlar arasındakı üstünlük yarışıdır. Bunun da əslində heç bir faydası yoxdur. Əksinə, cütlüklərin bir-birindən uzaqlaşmasıyla yanaşı bir-birini günahlandırmasına, mühakimə etməsinə, hətta təhqir edici sözlər deməsinə səbəb olur.

3. Tərəflərin asılı deyil, bir-birinə bağlı olmaları
Asılılığın ən əsas səbəblərindən biri özünü dəyərli hiss etmək ehtiyacı, həmişə qarşısındakından onunla maraqlanmağını gözləməkdir. Hər dəqiqəsini sizə ayırmasını gözləmək müəyyən vaxt keçdikdən sonra qarşı tərəfin bezməsinə səbəb olar və münasibətinizi monotonluğa aparar. Birlikdə keçirilən vaxt xaricində hər iki tərəfin özlərinə vaxt ayırmaq istəməklərinə hörmətlə yanaşmaq lazımdır.

4. Özünüzü və yoldaşınızı yaxşı tanımaq
İnsan özüylə barışıq olduğu bir münasibətdə olduqda ətrafıyla da sağlam münasibətlər qura bilər. Evlilikdə xoşbəxtliyin davam etdirilməsinin təməllərindən biri də tərəflərin özləri ilə barışıq ola bilmələri və özlərini düzgün tanıya bilmələridir. Özünüzü tanımağa çalışmaqla yanaşı yoldaşınızı da yaxşı tanımağa çalışın. Məsələn, "nəyə kədərlənər, nəyə sevinər, hansı hadisəyə necə reaksiya verər, nəyə nə qədər hirslənər, nələrdən xoşlanar?” bunları bilməyə diqqət yetirin. Özünüzün olduğu qədər yoldaşınızın da hisslərinə əhəmiyyət verin. Onu başa düşməyə çalışarkən empatiya qurmağı sınayın.

5. Söhbət edə bilmək
Cütlüklərin yaşadığı ən böyük problemlərdən biri düzgün ünsiyyət qura bilməməkdir. Sevgi qədər hörmət də evliliyin sağlam şəkildə davam etdirilə bilməsi üçün əsas amillərdəndir. Yoldaşınızı diqqətlə dinləyin və bu zaman başqa şeylərlə maraqlanmayın, sözü qurtarmadan cavab verməyin, bədən dilini müşahidə edin.

6. Tənqidin miqdarını və formasını yaxşı tənzimləyin
Tərəflər bir-birinin xoşlamadığı bir hərəkətini dilə gətirərkən bunu onu incitmədən, təhqir etmədən və düzgün mühitdə etməlidir. Bəzən cütlüklər həmişə bir-birinin qüsurunu tapmağa çalışırlar, amma bu zaman da tənqidin dozasını düzgün tənzimləmək lazımdır.

7. Tərəflərin evdə öz üstlərinə düşən məsuliyyətlərini yerinə yetirməyə diqqət etməsi
Hər kəs öz üzərinə düşən vəzifələri və öhdəlikləri yerinə yetirdiyi zaman daha xoşbəxt və sakit bir ortaq həyat keçirə bilərlər.

8. Bir-birini dəyişdirmək istəyindən əl çəkmək
Evlənməmişdən əvvəl tərəflər bir-birini olduğu kimi qəbul etmiş görünsələr də evlilik müddətində bu vəziyyət dəyişir və onlar bir-birlərini dəyişdirmək cəhdinə başlayırlar. Unutmayın ki, insan ancaq özü istəyərsə dəyişər.

9. İfrat qısqanclığın olmaması
Qısqanclığın həddindən artıq olması özünə inamsızlığın əlamətidir. Qısqanclığın dozasının tənzimlənməməsi bir müddət sonra qarşıdakı insanı bezdirir.

10. Yoldaşının qohumlarına yaxınlıq göstərmək
Sizin öz ailənizi sevib hörmət qoyduğunuz kimi yoldaşınız da öz ailəsini sevir və hörmət qoyur. Buna görə də onun ailəsinə də lazım olan sevgi, hörmət və diqqəti göstərməlisiniz.

11. Büdcəyə nəzarət etmək
Tərəflərin ailə büdcəsini aşan, hər iki tərəfi də çətinə salan xərcləmələrdən uzaq durmağı lazımdır. Arada anlaşılmazlıq yaranmaması üçün evə bir şey almaq lazım olanda hər iki tərəfin xəbəri olmalı və ortaq qərar verməlidirlər.

12. Baxımlı olmağı unutmamaq
Cütlüklər geyiminə, təmizliyinə, şəxsi görünüşlərinə bayırda olduğu qədər evdə də diqqət göstərməlidirlər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri