Ailə
qurmaq hər bir ağıllı insanın fitri istəyidir. İnsanlarda bu istək
olmasaydı insan nəsli tədriclə yer üzündən silinərdi. Ailə qurmaq üçün
layiqli və əxlaqlı şəxsi tapdıqdan sonra atılan ilk addım elçilikdir.
Elçilikdə razılıq əldə edən qız və oğlan evlənmək üçün ilk rəsmi addımı
atmalıdırlar. Azərbaycanda ona nişan mərasimi, naişandan toya qədər olan
zamana isə nişanlılıq dövrü deyilir.
Əslində
nişanlılıq dövrü qız ilə oğlan arasında gələcəkdə qurulmasını nəzərdə
tutduqları ailə həyatının sağlam və xoşbəxt olması üçün layihələr
üzərində işləmək üçün ən gözəl fürsətdir.
Onu
da deyək ki, nişanlılıq dövründə qarşılıqlı münasibətlərdə hansı
problemlərlə üz üzə olacaqlarsa bu problemlər təbii ki, gələcək ailə
həyatına da birbaşa təsir edəcəkdir.
Hətta
bəzi hallarda bu problemlər o qədər çox olur ki, nişan pozulur və
gənclər bir birləri ilə dil tapa bilmədiklərinə görə ayrılmalı olurlar.
Buna görə də nişanlılıq dövrünün daha çox həssaslığı vardır.
Siz
burada qız ilə oğlan arasındakı münasibətlərə xələl gətirə biləcək altı
səhv addım ilə tanış olacaqsınız. Bu altı səhv addımdan uzaq olmaqla
siz gələcək ailə həyatınızın sevgi və məhəbbət dolu bir həyata
çevrilməsinin əsasını qoymuş olursunuz.
1- Tənqid etməkdən uzaq olun.
Hamınız
eşitmisiniz ki, yerində və dəyərli tənqid çox faydalıdır. Bu məsələ hər
yerdə və hər kəslə əlaqədar yaxşı şeydir, təkcə nişanlınızdan başqa.
Nişanlınız sizin həmkarınız deyil ki, onun səhvlərini aşkara və
ciddiliklə ona xatırladasınız. Nişanlı və həyat yoldaşı barədə tənqid
olmur, yalnız təklif, istək və arzu vardır.
Hətta
siz onu tənqid etmək lazım olan bir yerdə, məsələn, nişanlınızın
hazırkı geyimi xoşunuza gəlmədikdə ona deyin "bu paltarın da qəşəngdir,
amma dünən (ya keçən dəfə və sair) geyindiyin paltar daha qəşəng idi və
sənə daha çox yaraşırdı.”
Tənqid
yerində bu cür davranmaq sizin tənqid zamanı sizə lazım olan ciddiliyi
qətiyyən azaltmır, əksinə sizin belə bir tənqid üsulundən istifadə
etməyiniz daha təsirli olur. Çalışmalısınız ki, bu növ tənqid etməyi
həyatınız boyu davam etdirəsiniz. Həmdə yadda saxlayın ki, nişanlınızla
adətən ümumi mövzularda söhbət edəsiniz, xırdalıqlara varmayasınız.
Məsələn, siz nişanlınıza "keçən dəfə anamın ad günü idi sənsə gəlmədin,
bir həftə sonra bacımın övladının 5 yaşı tamam olur bu da yadından
çıxmasın ha” demək əvəzinə, ona belə deyin "bizim ailə münasibətlərə
daha çox önəm verir, lütfən işlərini elə qur ki, bacımın övladının ad
gününə bizdə ola biləsən.”
Gördüyünüz
kimi birinci cümlədə nişanlınız belə bir hiss keçirəcək ki, siz onun
hərəkətlərini izləyir və onu danlayırsınız, amma ikinci cümlədə
nişanlınız belə bir hiss keçirəcək ki, siz onun ailəsinə daxil olma
ərəfəsindəsiniz və bu heç də çətin olmayan bir iş olmaqla yanaşı həm də
sizin xeyirinizədir.
2- İşləməyinizi heç vaxt bəhanə etməyin.
Sizin
gələcək həyat yoldaşınız ona daha çox diqqət ayırmanızı istəyir.
Aranızdakı tanışlığın daha geniş vüsət alması və bir birinizin əxlaqı
ilə tanış olmaq üçün görüşlərə ehtiyac vardır. Bu vaxtlarda siz
nişanlınıza vaxt ayırmaq əvəzinə hər dəfə ona "mənin dostlarla vacib
görüşüm var”, "işlərim çoxdur”, "şəxsi işlərim var” kimi sözləri bəhanə
etməyinizlə irəliyə yəni ailə həyatı qurmağa dair heç bir müsbət addım
atmamış olursunuz.
3- Geyiminizə fikir verin.
Sadə
geyinmək çox bəyənilən bir işdir. Amma bilmək lazımdır ki, sadə
geyinmək heç də dağınıq və pinti olmaq demək deyil. Nişanlınız sizi
bəzənmiş və gözəl görmək istəyir. Bu heç də hər görüşdən əvvəl bütün
günü bəzənməyə sərf etmək mənasında deyil. Amma bununla belə
nişanlınızın sizi gözəl görmək istəyini də nəzərdə saxlayın. Özünə
baxmaq təkcə nişanlılıq zamanı yox, həm də evləndikdən sora həmişə
riayət edilməsi vacib olan mövzulardandır.
Deməli,
bunu heç vaxt unutmayın, nişanlınız sizə bunu deməsə belə bilin ki, o
sizi bəzənmiş və özünə baxan halda görmək istəyir. Bu hətta o qədər
mühümdür ki, gələcək ailə həyatınızda sizin aranızda narazılıq yarada və
aranızı soyuda bilər.
4- İzləmək barədə düşünməyin.
Gələcək
həyat yoldaşınızın görüşlərini, getdiyi yerləri, telefon danışıqlarını
və sairi izləməyin. Bunların çox xırdaçılıqlarına varmayın, onu sual
cavaba tutmayın, əgər onunla nişanlılığa son qoymaq istəmirsinizsə.
Sizin
nişanlınız da sizin kimi ağıllı bir şəxsiyyətdir, ünsiyyət rabitələrini
düzgün qurmağın yolunu bilir. Buna görə də onu öyrətməyə çalışmayın,
kimlərlə nələr danışması barədə soruşmayın. Evlənmək heç də
nəzarətsizlik, eləcə də həyat yoldaşınızı daimi nəzarət altında saxlamaq
mənasında deyil. Həyat yoldaşınızdan daima hesabat tələb etmək və onu
ictimai həyatdan məhrum etmək haqqınız yoxdur.
5- Yeni ailə (nəsil) ilə ünsiyyətdən çəkinməyin.
Təbiiir
ki, nişanlandığınız ilk günlərdə siz nişanlınızın qohumları tərəfindən
təşkil olunan qonaqlıqlarda iştirak etməli olacaqsınız və bu zaman
nişanlınızın qohumları (xala, bibi, əmi arvadı və sair) sizi dərindən
süzəcəklər. Yeni qovuşduğunuz ailənin (nəslin) belə həssaslığı heç də
sizi narahat etməsin, bu tamamilə təbii bir haldır. Siz həmin
qonaqlıqlara çağırıldığınıza görə qətiyyən nişanlınızı danlamayın, ona
kobud sözlər deməyin. Hətta içinizdə narazılıq olsa belə onu üzə
çıxarmayın. Nişanlınız öz qohumlarının sizi ürəkdən qəbul etdiyini,
həmçinin sizin də onun qohumları ilə rabitə qurmaqdan xoşlandığınızı
hiss etmək istəyir.
Bundan
əlavə yadınızdan çıxartmayın ki, hər ailənin (nəslin) özünəməxsus adət
və ənənələri olur, buna görə də siz onları qulaq ardına vura
bilməzsiniz. Yoxsa nişanlınızı qohumlarının yanında utandırmış
olacaqsınız, belə ciddi şeylərdə qəlbə girmiş inciklik heç də tez bir
zamanda qəlbdən silinə bilmir. Həftədə bir neçə saat çətin qanunlara
dözmək heç də çətin iş deyil, xüsusilə də sevdiyiniz və bir ömür yaşamaq
istədiyinizin xətrinə olanda. Elə deyilmi?!
6- Nişanlınızı qısqanc olmağa vadar etməyin.
Adətən
belə təsəvvür edilir ki, qarşı tərəfin sizi daha çox istəməsi üçün onu
qısqanc etmək lazımdır. Ondan uzaq gəzməklə, bir neçə gün qəsdən
telefonu söndürməklə və sair. Amma inanın ki, bu tamamilə yanlış bir
addımdır. Bəli, bir müddət bu variant sizin xeyirinizə işləyə bilər,
amma sonra sizin başınıza böyük bir bəlaya çevriləcəkdir. Nişanlınız
sizin bu hərəkətlərinizdən ruhən yorulacaq, aranızdakı rabitə tədriclə
soyuyacaq...
Sizin
rabitəniz qarşılıqlı anlaşma şəaitində davam etməlidir. Bir birinizin
ardınca qaçmaq lazım deyil, həmçinin özünüzü daha çox istəkli etmək üçün
süni yollardan istifadə etməyiniz lazım deyil.
Nişanlınızı qısqanc etmək səyləriniz sizin əleyhinizə olan bir addımdır.
Bunun əvəzində çalışın onu alqışlamaq və tərifləməklə nişanlınızın sizə olan ümidlərini artırasınız.