İlk görüşdə verməli olduğunuz suallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 793
Səs ver:
(səs: 1)
Gününün necə keçdiyini soruşun
"Necəsən?" sualının elədə bir mənası yoxdur. Onun yerinə görüşdüyünüz adamın gününün necə keçdiyini soruşun. Bu ilk görüşdə soruşa biləcəyiniz ən yaxşı suallardan biridir və onun həyatı ilə maraqlandığınızı göstərir.
 
Ev heyvanları
Ondan ev heyvanı saxlayıb saxlamadığını mütləq soruşun. Nəticədə işlər yolunda getsə, gələcəkdə necə bir canlı ilə eyni mühiti bölüşəcəyinizi bilməyiniz vacibdir. Bundan başqa, ev heyvanları çox yaxşı söhbət mövzusudur.
 
Sizi birləşdirən nədir?
Bir-birinizlə maraqlanmağınızın səbəbi nədir? Onunla rəqs kursunda tanış olmusunuz? Yoxsa ortaq bir dostunuzun doğum günündə? Harada və necə tanış olduğunuz barədə danışmaq ikinizə də nə üçün görüşdüyünüzü və bir-birinizi niyə bəyəndiyinizi xatırladacaq. Bundan başqa, bu söhbətinizin rahat irəliləməsini təmin edəcək.
 
Yemək
Yemək üçün getdiyiniz yerə nə üçün üstünlük verdiyiniz haqqında danışın, ən çox hansı yeməkləri sevdiyini soruşun, gecənin sonunda gələn dəfə hansı restorana gedəcəyinizi danışıb ikinci görüşü planlaşdırın.
 
Ən yaxın dost
Müsbət bir mövzuda sual vermək müsbət bir söhbət doğurur. Ona ən yaxın dostu haqqında suallar verin, beləcə necə biri olduğunu daha yaxşı anlayacaqsınız.
 
Ən yaxşı
Çox səmimi ayrıntılara girmədən onun üçün ən yaxşı kitabın hansı olduğunu, hansı filmi ən çox sevdiyini, şəhərdəki ən yaxşı qamburgerçinin hansı olduğunu soruşun. Bütün bunlar müsbət söhbətlər doğurur və aradakı səmimiliyi qüvvətləndirir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri