Uzun illər evlilik həyatlarını davam etdirən cütlüklərin sirri nədir? Onlar evlilik deyilən bu izdivacı necə davam etdirirlər?
1.
Eyni vaxtlarda sinirli olmayın: Bütün cütlüklər arasında mübahisələrin,
anlaşılmazlıqların olması təbii haldır. Amma hər iki tərəf eyni vaxtda
əsəbi olmamalıdır. Həyat yoldaşınız əsəbi olanda, siz sakit davaranmağa
çalışın. Sonrakı peşmançılıq fayda verməz məsəlini yada salın və
ağzınızdan çıxan hər sözə diqqət edin. Haqlı olsanız belə,
sakitləşməsini və uyğun zamanı gözləyin. Belədə istəkdiklərinizi
etdirmək şansınız daha da artacaq. Şirin dilin ilanı da yuvasından
çıxardığını unutmayın.
2.
Bir-birinizə qışqırmayın: Mübahisədə qarşı tərəf səsinin tonunu
qladırıbsa, siz sakit olmağa çalışın. Qışqırıb-bağırmaqla heçə nəyi
düzəltmək olmur. Məsələnin daha çox qəlizləşməsindən başqa heç nəyə
yaramaz. İki tərəf də eyni anda bir-birinə bağırıb-çığırsa sadacə
səs-küy yarana bilər. Səsinizi heç bir halda qarşı tərəfə yüksəltməyin.
Sevgidən əvvəl aranızdakı sayğını qoruyaraq uzun illər səadət içində
yaşa bilərsiniz.
3.
Tənqidlərinizi yumşaldın: Əlbəttə ki, həyat yoldaşınızın bəzi
hərəkətlərini bəyənməyə bilərsiniz. Bu kimi məsələləri dilə gətirməkdə
azadsınız, amma necə etdiyiniz də çox önəmlidir. Onu dəyişməyə məcbur
edə bilmərsiniz. Sözləriniz sevgi dolu və səmimi olmasına xüsusi diqqət
göstərin. Əks halda onun qəlbinə toxunmaqdan başqa isə yaramaz. Bu
hərəkətindən nifrət edirəm yerinə, əzizim, belə etmək sənə heç yaraşmır
deyə bilərsiniz.
4.
Hakimiyyət müharibəsi elan etməyin: Mübahisədə bir tərəfin qalib
gəlməsi lazım gəlirsə, qoyun o qalib gəlsin. Sevginin müharibə
olmadığını və fədakarlıq tələb etdiyini unutmayın. Evlilik bu vəziyyəti
daha da qəlizləşdirir. Belə xırda məsələlərə vaxt ayıraraq nə ömrünüzü,
nə də qarşı tərəfi çürütməyin.
5.
Keçmişlə əlləşməyin: Heç bir halda keçmişdə etdiyi səhvləri onun üzünə
vurmayın. Hər hansı mübahisədə həyat yoldaşınızın keçmişdə etdiyi
səhvləri üzünə vurmayın. Bu mövzunu dəyişdirməkdən və uzatmaqdan başqa
bir iş görməyəcək.
6.
Bir-birinizə diqqət edin: Niyə evləndiyinizi unutmamalısınız.
Kədərlərinizi və sevinclərinizi paylaşmaq həyatdan iki qat zövq almaq
üçün evləndiniz, elə deyilmi? Düşüncələriniz və həyatlarınız
bir-birindən fərqli ola bilər. Həyat yoldaşınız futbol oynamağa gedəndə
siz də rəfiqələrinizlə alış-verişə çıxın. Bunlar evliliyinizi monoton və
sıxıcı olmaqdan qurtarır. Amma aparılan bir araşdırmada həyat
yoldaşınızın fikrilərini öyrənmir, yaxud dostlarınızla daha çox vaxt
keçirirsinizsə, yanlış yoldasınız deməkdir. Dostlarınız və həyat
yoldaşnızla münasibətlrəinizi balanslaşdırmağı bilməlisiniz.
7.
Yatağa küsərək yatmayın: Gün ərzində bir çox hadisə baş verə bilər,
hətta şiddətli dava etsəniz belə, yatağa küsərək girməyin. Yatmazdan
əvvəl bütün problemlərinizi həll edin. Aranızda küskünlüyün olması
səhəri gün əhvalınızın pis olmasına səbəb olacaq. Mübahisələri uzadan
tərəf olmayın. Yataq otağı özəl bir dünyadır. Həmin otağı problemlərdən
uzaq saxlayın.
8.
Tərif edin: Gün ərzində ən azından bir dəfə də olsa, tərif deyin. Həyat
yoldaşınızın sizdən gözəl bir söz eşidəndə necə xoşbəxt olduğunu hiss
etmisiniz? Bu sevinci ona hər gün yaşadın.
9.
Üzr istəməyi bilin: Səhviniz olanda bunu etiraf edin və üzr istəyin.
Səhv etmək dünyanın sonu demək deyil. Sadacə səhv etdiyinizi kəşf
etməlisiniz. Ancaq bunu vərdiş halına gətirməməlisiniz.
10.
Mübahisə üçün iki insan lazım olduğunu unutmayın: Mübahisənin nədən
yarandığını yadınıza salın. Təkcə qarşı tərəfi günahlandırmaq nə
dərəcədə düzgündür? Çox güman ki, mübahisənin baş verməsində sizin də
payınız var. Özünüzü tənqid etməkdən qorxmayın. Ancaq qarşı tərəfi
günahlandırmaqla heç nə əldə edə bilmərsiniz.