Evlilikden sonra niye kökəlirik?

Müəllif: Svetoklana
Şərhlər: 6
Baxılıb: 2 685
Səs ver:
(səs: 1)
Evlilik hər bir insanın həyatında mühüm hadisədir. Və ailə kiçik bir dövlətdir deyə düşünürəm. Və bu dövlətin sakinlərini toydan sonra bir az kilo almış gördükdə "maşallah, həyat yoldaşın sənə yaxşı baxır" ifadəsi hər kəsə məlumdur.

Doğurdan da araşdırmalar göstərir ki, ailə qurduqdan sonra bir çox insan kilo almağa başlayır. Orta hesabla çəkidə 3-5 kq arası artım olur. Səbəbləri tam olaraq bilinməsə də, məlum məsələdir ki, bir çox insanlarda ailə qurduqdan sonra "artıq bəyənən bəyənib" fikri ilə qidalanmalarına diqqət yetirmirlər.

Toydan öncə gəlinlər istədikləri paltarı geyinmək üçün müxtəlif üsullarla arıqlayırlar, bir tərəfdən də toy təlaşı və atıldıqları yeni həyatın həyacanı öz sözünü deyir.

Evlilikdən sonra isə yeni cütlüyün dəvət aldığı məclislər, qonaqlıqlar daha sonra öz nəticəsini tərəzidə göstərir.

Ve təbii ki, təzə gəlin özünü bacarıqlı göstərmək üçün yeməklərin daha ləzzətli olması üçün aşırı yağdan istifadə edir.

Cütlüklər hər şeyi yarı böləcəyik sözünü təəssüf ki, yemək yeyərkən də tutmağa çalışırlar. Və təbii ki, bəylərin enerji ehtiyacı qadınlardan daha çoxdur. İkinci bir məsələ isə işdən yorğun gəldikləri üçün hazır qidalara üstünlük vermələridir ki, bu da kilo problemini dərinləşdirir. Amma yeməklərin porsiyası eyni olarsa, o zaman xanım kilo almağa başlayar təbii ki.

Bəs nə etmək lazımdır? Məncə, yeni ailələrdə cütlüklər kilo problemini həll etməkdə bir-birinə dəstək olmalıdırlar. Və öz həyat tərzlərində qalıcı dəyişikliklər etməlidirlər. Məsələn, ailə dostları ilə bərabər yarışlar keçirə bilərlər, həftənin müəyyən günlərini yürüyüş günü elan edə bilərlər. Marketdə də təbii ki, daha "ağıllı alış-veriş” etmək önəmlidir .

Düşünürəm ki, ailədə düzgün qida mədəniyyəti formalaşarsa, düzgün qidalanmağı öyrənən hər yeni ailə bunu gələcək nəsilə ötürər.

Hər "kiçik dövlət” sağlam gələcək yetişdirərsə bu, ölkənin hər sahədə sağlam gələcəyi olar deməkdir.

Sağlamlığımızı sağlam ikən qoruyaq, çünki həyatda heç nə və heç vaxt Sizin sağlamlığınızdan daha vacib ola bilməz! 

Məlumat dietoloq Tutu Zeynalovaya məxsusdur.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri