Nişanlılıq dövrü

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 655
Səs ver:
(səs: 3)
Nişanlılıq dövründəki problemlər evləndikdə həll olunurmu? Ailə deyilincə ağıla bir-biri üçün çarpan bir cüt ürək gəlir. Bir yastıqda yaşlanma xəyalı ilə qurulan yuvalara duyulan həsrət hər keçən gün artır. Həyat yoldaşı seçimindən sonra evliliyə addım atılarkən ən əhəmiyyətli proses, şübhəsiz nişanlılıq dövrüdür. Sağlam bir nişanlılıq dövründə yoldaş namizədləri bir-biriylə görüşməyə istəkli davranır, yuva qurma hazırlıqları əsnasında şirin bir həyəcan duyar, bir-birlərinin gözləmələrini məqbul sərhədlər içində qarşılamağa diqqət göstərər və marağını göstərmək üçün fürsətlər tutmağa çalışarlar. Ümumiyyətlə nişanlılıq dövrü yaxşı keçsə ailə birliyi də sağlam bir şəkildə qurular. Həyat yoldaşı namizədlərinin və ailələrin bir-birini daha yaxşı tanıması üçün nişanlılıq dövrü həddindən artıq qısa olmamalıdır. 1-2 ay kimi çox qısa davam edən nişanlılıq həyatı evliliyin ilk illərində ciddi problemlər görülməsinə yol aça bilər.
Bu dövrdəki bəzi kiçik problemlər ancaq hər iki tərəfin anlayışı ilə yoluna qoyula bilər. Əgər yoldaş namizədləri özlərini doğru tanıtmayıbsa nişanlılıq dövrü ümumiyyətlə pis keçər. Həyat yoldaşı namizədlərinin və ailələrin problemlərlə baş etməklə yanaşı evliliyin nə şəkildə həyata keçəcəyi ilə əlaqədar əhəmiyyətli ip ucları verər. Nişanlılıq müddətində ailələrə çox iş düşür. Həyat yoldaşı namizədləri ailələrinin də dəstəyi ilə sevgi, hörmət ölçüsünü keçməməli və bir-birini doğru anlamağa çalışaraq yaşadıqları çətinliklərin öhdəsindən gəlməlidir. Hər insanın əlaqəsi özünə xas olub öz şərtləri içində qiymətləndirilməli və səbəb nə olursa olsun nişanlılıq dövründə qarşılaşılan problemlərə böyük əhəmiyyət verilməlidir.
Bəzən yoldaş seçimində edilən səhvlər, şəxsiyyət problemləri ya da yoldaş namizədi və ailə quruluşu haqqında kifayət qədər məlumat sahibi olmadan evlilik qərarı alınması nişanlılıq dövründəki yaxın görüşlərlə fərq edilir. Bəzən də nişanlılıq müddətində görülən mənfi davranışlara həddindən artıq xoşgörüşlü davranılaraq evlilikdən sonra düzələcəyi düşünülür. Əhəmiyyət verilməyən bu davranışların həqiqi ölçüsünü başa düşülməyə çalışılmazsa evliliyin irəliləyən dövrlərində daha ciddi problemlər ortaya çıxır.

Nişanlılar sirr tutmağı bilməlidir və nişanlısının ailəsi haqqındakı hər hadisəni öz ailəsinə deməməlidir. Sirr tutmamaq isə adamın evlilik dərəcəsinə kifayət qədər çatmadığını göstərər. Qarşılaşan hər problemdən sonra ayrılmaqla təhdid etmək, üzük çıxarmaq şəklindəki fövri davranışlar, peşman olub üzr istəyib eyni hərəkətləri təkrarlama şəklindəki əsassız hal və hərəkətlər də yetişməmiş ruh halını göstərər. Bundan başqa alçaq kompleksi, şəxsiyyət və mədəniyyət fərqlilikləri mövzusunda həddindən artıq dözümsüzlük də evliliklərdə ciddi problemlərə səbəb olur. Nişanlılıq dövründə qarşılaşılan bu kimi ciddi vəziyyətlərdə nişanlılar evlilik qərarlarını təkrar nəzərdən keçirməli, ailələrinin məqbul xəbərdarlıqlarını diqqətə almalı, nişanlılarının müsbət xüsusiyyətləri ilə mənfi xüsusiyyətlərini göz önünə aldıqlarında qərarsız qalsalar təcrübəli etibarlı kəslərlə müşavirə etməlidirlər.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri