Uşaq sahibi olmanın ən qarışıq yönlərindən biri seks üçün vaxt və
fürsət tapa bilməməkdir. Könlünüz istəyən zaman sekslə məşğul ola
biləcəyiniz günlər keçib getdi artıq. Fürsətiniz olarsa, sekslə məşğul
ola bilərsiniz. Uşaqlı oldunsa, belədir.
Bu hal münasibətinizə potensial yıxıcı təsir göstərə bilər.
Gözləntilərinizi azaldın
Bu vəziyyəti qəbul etməniz şərtdir. Əvvəllər deyirdilər ki, uzun və
xoşbəxt evliliyin sirri az gözləntilərin olmasıdır. Gün boyunca
uşaqların ehtiyaclarını qarşılamaq üçün elə hey çalışan valideynlərin
günün sonunda seks üçün enerjisi qalmaz. Səsli-küylü, dəli-dolu
sevişmələr artıq yerini fısıldaşmalara, yastıqlarda boğulmalara, yorğanı
başına çəkmələrə verir. Alt paltarını çıxara bilmək belə qələbə
sayılır. Buna görə çox uzatmadan qısa ön sevişmə yaşamalı və əsas
məsələyə keçərək hər ikiniz də qane olmalısınız. Qısa olmasını görməzdən
gəlin, ciddi problem etməyin.
Məkan, məkan, məkan
Yoldaşınızla həmişə böyük taxtınızda seksdən zövq alırdınız. Ancaq
indi taxtınızı balaca varlıq işğal edibsə, siz də onun yatağından
istifadə edə bilərsiniz. Onsuz da istifadə etmir. Yerdə də olar, niyə də
olmasın?! Uşaq olandan sonra hamam otağının qapısı da kilidlənə bilər,
niyə də yox?!
Hərdən elə anda qapını açıb otağa girər ki...
Fürsət tapdıqda belə, bütünlüklə sevişməyə diqqət yönəltmək əqli
yaralanmalara səbəb ola bilər. Seks zamanı bütün diqqəti seksə yönəltmək
düzgün deyil. Həmişə bir qulağınız, bir gözünüz qapıda olsun. Balaca
hər an otağı işğal edə bilər.
Yoldaşınızla flirt edin
Bir neçə dəqiqə hamamda gizlənin. Keçərkən ona toxunun. Yoldaşınıza
onu istədiyinizi hiss etdirin. Boynunuza alın ki uşaq olandan sonra
sevişmək bir kənara qalsın, hətta oynaşmaq üçün vaxt, imkan olmur.
Uşağınıza bir günlük də olsa baxıcı tapıb, yoldaşınızla qısa da olsa
vaxt keçirməyə çalışın.
Özünüzə gəlin
Seks bir müddət sonra adi hala çevrilir. Uşaq olduqdan sonra isə bu
adiləşmə daha qabarıq hal alır. Uşaqlarınızı münasibətinizin tam
mərkəzinə qoymaq zərər verə bilər. Spontan olun. İşə yaramasa da bir
proqram təşkil edin. Görüşün necə erotik olduğunu görəcəksiniz.
Uşaqlarınıza yalan deyin
"Yox, həyatım, problem yoxdur. Atan məni sadəcə qıdıqlayırdı".
"Heç tapşırıqlarını edirik sadəcə".
"Yox, atan hamamda mənlə deyil. Bəlkə də bağdadır, get ora bax".
Sakit olun
Həqiqətən rahatlayın bir az. Seksdən dolayı çox stress keçirməyin.
Qəbul edin ki, artıq uşaqlarınız var və həyatınız dəyişib. Buna
uyğunlaşın. Yaradıcı olun. Sevgi üçün vaxt ayırın. Proqramlar təyin
edin, işə yaramasa da, sakit olun və səhər yenidən təkrarlayın.