Ailә sәadәtini necә qorumalı

Müəllif: arzum-aysum
Şərhlər: 1
Baxılıb: 2 267
Səs ver:
(səs: 2)
Ailә sәadәti ilә bağlı mövzuda xoşbәxt, ideal ailәlәrdәn bәhs edәrkәn, reallıqları da nәzәrdәn qaçırmaq olmaz.
 
Yәni nağıllardakı kimi bir ailәmiz yoxdursa, ara­sıra hәyat yoldaşımızla mübahisә ediriksә vә ya keçmişdә etmişiksә, xoşbәxt olmaqdan, sabahlara ümidlә baxmaqdan әlimizi üzә bilmәrik.  Hәr şeydәn әvvәl bilmәliyik ki, xoşbәxtlik bizdәn asılıdır. Yәni xoşbәxt olmaq istәyiriksә ümidsizliyi bir kәnara qoymalıyıq. Әlbәttә, hәr ailәdә söz­söhbәt olur. Bir­biri ilә az­çox dalaşmayan, ayrı­ayrı fikirlәr üstündә mübahisә etmәyәn nә qәdәr az ailә var.
Әsas mәsәlә ilk növbәdә bu xoşagәlmәz hadisәlәrin qarşısını almağa çalışmaq, әgәr qarşısını ala bilmiriksә çox da uzatmamaqdır. Hәr xanım hәyat yoldaşının xasiyyәtini yaxşı bilir. Biz istәsәk xoşagәlmәz hadisәlәri әvvәlcәdәn sezib tәdbir görә bilәrik. Qoy dava­dalaşlarımız qısa olsun. Xüsusilә dә o gün axşam olmamış mütlәq barışın. Küsülü yatsanız, hәyatınız da gecәnin rәnginә bürünәr. Heç bir şeyin dadını çıxara bilmәrsiniz.
 
Bir rәvayәtә görә şeytanlar hәr gün QAF dağının arxasında görüşürlәr. Hәr biri insanı yoldan çıxmaq üçün nә etdiyini danışır. Hamısının sözü bitdikdәn sonra mükafat mәrasimi keçirilir. Әn böyük mükafat әr ilә arvadın arasını vuran şeytana verilir. Ona görә dә şeytanı sevindirmәmәk vә mәsәlәni böyütmәdәn barışmaq lazımdır. Әgәr haqlıdırsa üzr istәmәk, haqsızdırsa üzrü qәbul etmәk lazımdır. Belә mübahisәlәrin uşaqlarımızın ruhunda törәtdiyi fәsadları gözlәrimizlә görә bilsәydik, inanıram ki, heç bir ata­ana mübahisә etmәzdi.
 
Qoyun evlәrimizdәn dava­dalaş sәslәri yox, uşaq gülüşlәri eşidilsin…
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri