İndiki münasibətlərin tez bitməsinin 10 əsas səbəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 334
Səs ver:
(səs: 0)
Münasibətlər hər zaman xoş anlardan, rahatlıq və harmoniyadan ibarət olmur. Bunu daha yaşlı nəsildən də tez-tez eşidirik. Lakin müasir dövrdə münasibətlər uzun sürmür. Bunun əsas səbələrindən biri isə, ilk mübahisədə, ilk qarşıdurmada tərəflərin sevgililərini "əvəzləmək” üçün axtarışa çıxmalarıdır. Bəs bunun səbəbi nədir? Niyə müasir dövrdə münasibətlər bu qədər qısamüddətlidir?

1. Biz hazır deyilik
Bəzən sadəcə səbəb bunda olur – biz münasibətə tam hazır deyilik. İnsan özü həmin mərhələyə qədər böyüyə bilməyibsə, başqasıyla əl-ələ tutmaqla da böyüyə bilməz. Nəticədə məyusluq və göz yaşı alınır.

2. Sevgini başqa hisslərlə səhv salırıq
Hər bəyəndiyimiz insanı sevirik deyə düşünürük. Nəticədə müəyyən müddətlik bəyənmə hissi və ya ehtiras keçdikdən sonra, qarşındakı insanı heç də sevmədiyini dərk edirsən. Buna görə də, münasibətə başlamamışdan əvvəl sevdiyindən əmin olmaq lazımdır. Əks halda, münasibət çox qısamüddətli və məyusedici olacaq.

3. Məişət həyatına yüklənirik
Gündəlik problemlər də bizi sevdiklərimizdən uzaqlaşdıra bilir. Biz adətən qarşımızdakı insanı yükləməmək adıyla onunla bu problemləri müzakirə etmir və nəticədə ondan uzaqlaşırıq. Məişət problemlərini hər zaman müzakirə etmək, onların həyatın bir norması olduğu qəbul etmək və öhdəsindən birlikdə gəlmək lazımdır.

4. Nəticələrin dərhal olmasını gözləyirik
İndi və burada! Bütün arzu və xəyallarımızın dərhal həyata keçməsini istəyirik. Lakin unuduruq ki, heç birimizin əlində sehrli   çubuq yoxdur və nəticələrin əldə edilməsi üçün uyğun şərait və zamana ehtiyac var.

5. Biz fərqlilik sevirik
Daha yaxşı variant tapana qədər, bir insanla olmaq artıq çox normal bir şeyə çevrilib. Biz acgöz olmuşuq, hər şeyi dərhal istəyirik. Bir insanla bir neçə sutka keçirməkdənsə, bir sutkada bir neçə insanla görüşmək kimi xəstəliyə tutulmuşuq.

6. Texnologiyadan asılı hala düşmüşük
Bizim artıq söhbət etmək üçün bir mövzumuz qalmayıb – onsuz da bir-birimiz haqqında "hər şeyi” bilirik. Texnologiya bizi o qədər yaxınlaşdırıb ki, artıq nəfəs almaq olmur. Canlı ünsiyyət, bir-birini hiss etmək kimi anlayışlar get-gedə yox olmağa başlayıb.

7. Bir yerdə otura bilmirik
Sabitlik, əbədiyyət kimi sözlər bizi qorxutmağa başlayıb. Bir insanla bir ömür yaşamaq bəziləri üçün hətta lənətə çevrilib. Biz daha çox yer görmək, daha çox insanla birlikdə olmaq üçün yaradıldığımızı düşünürük.

8. Məntiqimizə daha çox arxalanmağa başlamışıq
İndiki nəsildən çox az insan ancaq hissləriylə sevməyə qadirdir. Hər şeyi məntiqin sərhədləriylə ölçmək vərdişimizə çevrilib. Çətindir, uzaqdır, qeyri-mümkündür və sair kimi sözlərlə bəyəndiyimiz insanları da zaman və məkana uyğun seçib, sevməyə çalışırıq.

9. Çox şeydən qorxuruq
Ürəyimizin sınmasından, yeni ağrılardan qorxuruq. Buna görə də həyatımıza girən insanları da görünməz divarlarla özümüzdən uzaqda saxlamağa çalışırıq. Nəticədə hər iki tərəf əziyyət çəkir, lakin problemin nədən qaynaqlandığını heç cürə başa düşmürlər.

10. Daha münasibətlərə qiymət vermirik
Bizi ətrafımızda olan insanlar o qədər məyus edə bilər ki, həyatımıza girən həqiqi sevgi və düzgün münasibəti də dəyərləndirmək bacarığımızı itirə bilərik.
Bu haqda nə düşünürsən?
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 334
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri