1. Heç vaxt sağollaşmadan evdən çıxmayın.
İlk
baxışda bu çox mənasız görünə bilər, lakin evdən çıxarkən sevdiyiniz
insanı öpmək və onunla sağollaşmaq, hətta geciksəniz də, çox vacibdir.
Bu sağollaşma ənənə halına gəlməlidir və sizin bir-birinizə olan qayğı,
sevginizin kiçik simvolu olmalıdır.
2. Hər gün ikilikdə söhbət edin
Bu
vacibdir. Öz həyat yoldaşınızda günlərinin necə keçdiyini soruşun və ya
ona gününüzün necə keçməsi barədə danışın. İki insan arasında ünsiyyət
xoşbəxt münasibət üçün olduqca vacibdir. Heç vaxt bu cür söhbətləri
sabaha ertələməyin. Çünki sabah yeni gün, yeni hadisələr olacaq və eyni
şeylər sizin sevgilinizin də həyatında baş verəcək. Bu hər xoşbəxt
cütlük üçün vacibdir.
3. "Səni sevirəm” deyin
Bu
sözü deməyin qeyri-düzgün forması yoxdur. Hətta bir neçə ildən sonra da
bu sözləri desəniz, hər dəfə yeni hisslər oyandıracaq. Münasibətlər
əsnasında insanlarda müxtəlif komplekslər fomalaşır. Məsələn, onlar
düşünə bilər ki, sizə kifayət qədər uyğun deyillər, sizə yaraşmırlar və
buna görə də siz ondan uzaqlaşırsınız. Siz sevgilinizi bu sehrli sözləri
təkrarlamaqla, onu bu fikirlərdən uzaqlaşdıra bilərsiniz.
Lev
Tolstoyun da dediyi kimi, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir.
Həqiqətən də bir çox xoşbəxt cütlüklərin bəzi ortaq nöqtələri var və
bütün bunlar da onlara münasibətlərini qorumaqda kömək edir.
4. Bir-birinizi təəccübləndirin
Bu
heç də hər gün bir-birinizə hədiyyə almalı və romantik yeməklər təşkil
etməli olduğunuz demək deyil. Sevdiyiniz insanın yanağından öpməyiniz,
onunla birlikdə olmağınızın xoşbəxtliyini hiss etdirməyiniz kifayətdir.
Vaxtaşırı kiçik sürprizlər də münasibətlərə xüsusi bir şey əlavə edir.