Sevgilini əldə saxlamağın yollar

Müəllif: NoName
Şərhlər: 16
Baxılıb: 1284
Paylaş:
Səs ver:
(səs: 2)
Sevgili musiqiyə bənzəyir. Bir dəfə aşiq olduğun musiqini dəfələrlə dinləmək istəyirsən…Və bir gün nəhayətində dinləməkdən bezdiyin bir ifaya çevrilir. Bu halın yaşanmaması üçün, sevgi münasibətlərini hər zaman ilk günki kimi həyəcanlı və xoşbəxt hala gətirmək şərtdir. Həyatda hər şeyin bir qaydası olduğu kimi bunun da özünə məxsus qaydaları vardır. Bu qızıl qaydaları sizin üçün bir başlıq halında topladıq. Buyurun oxuyun. Ümid edirik ki, işinizə yarayacaqdır.

1-ci qayda: “Baxımlı olmaq”
Cinsinizdən və kimliyinizdən aslı olmayaraq baxımlı olmaq işin əsas qanunlarından biridir. Əlinə keçəni əyninə keçirmiş bir qadın, yaxud kişi düşünün. Saçı daranmamış, üz-gözündən zəhrimar yağan bir adam başqasının necə xoşuna gələ bilər?! İnsan gözü daim gözəlik axtarır. Dərinizə, saçınıza, geyiminizə ciddiyyətlə yanaşın. Bunun üçün ilk öncə sevgilinizin zövqünü yaxşı bilməyiniz şərtdir. Onun zövqünü oxşayacaq aksesuarlardan istifadə etsəniz sizi daha çox bəyənməyə başlayacaq.

2-ci qayda: “Sevimli olmaq”
Sevimli olmağın ən yaxşı yolu, güclü yumor qabiliyyətinə sahib olmağınızdır. Ciddilik hər zaman gözəldir. Lakin quru xasiyyətli bir adamla bir evdə yaşamağı heç bir insan arzu etməz. Bacardıqca çox lətifə öyrənin.Sevgilinizi güldürmək üşün əlinizdən gələni edin. Əyər qaraqabağlıqda sərhəd tanımayan insansınızsa və lətifə işi sizdə alınmırsa onda onunla ara-sıra maraqlı oyunlar oynamaqdan yan keçməyin.

3-cü qayda: “Romantika”
Romantika anlayışı olmayan bir sevgili düşünün… Bütün günü sizə iş yoldaşları və ailəsi haqqında danışır. Yaxud yuduğu paltarları necə ütülədiyindən. Sizcə də çox ürəksıxıcı olmazmı?! Elə isə bu gündən başlayaraq romantik bir adama çevrilmə yolunda irəliləyin. Bunun üçün hər yerə şamlar, yaxud güllər düzməyinizə gərək yoxdur. O gülləri qəlbinizdən keçən dəyərli sözlərlə əvəz edin. Hər gün aşiqanə sözlər eşidən insanın sizə olan bağlılığı ən üst səviyyədə olacaqdır.

4-cü qayda: “Çılğın- sürprizlər”
Hər bir insanın içindən ara-sıra çılğınlıq etmək istəyi keçər. Əlbəttə çox sərhədləri aşmamaq şərti ilə ara-sıra bunu etməyinizdə fayda var. Məsələn, əgər xasiyyətinizə uyğundursa onun üçün serenado oxuya, yaxud gözəl bir video-rolik hazırlaya bilərsiniz. Əmin olun ki, xoş sürprizlər hər bir insanın qəlbini fəth etməyə qadirdir.

5-ci qayda: “Ona Sevdiyinizi göstərin”
Bir çox insanlar sevgilərini dilə gətirməkdən çəkinirlər. Qəlblərindəki məhəbbət nə qədər güclü olursa olsun onu göstərmədikcə sevgilin qarşısında heç bir üstünlüyə sahib deyilsən deməkdir. Onun üçün şəkil çəkin, yazı yazın, musiqi bəstələyin. Hər fürsətdə onu necə sevdiyinizi sərgiləmək üçün əlinizdən gələni edin. Hobbylərini, sevdiyi rəng və əşyaları, doğum günü və özəl günlərini əzbərləyərək onun heyran etməkdə fayda var.

6-cı qayda: “Ona azadlıq verin”
Heç bir insan azadlığının əlindən alınmasını istəməz.Həyatın önəmli qanunlarından biri də budur ki, “İnsan ona qadağan olunan işə meyillidir”. Odur ki, qadağaları yığışdırın.Əlbəttə ki, qısqanclıqla başa çıxmaq mümkün deyil. Lakin etməsini istəmədiyiniz şeyləri ona deməklə onu həmin işlərə daha da yaxınlaşdırırsınız. Sizə isə bu lazım deyil.Əvəzində “Əzizim mini ətək boyunu qısa göstərir” yaxud “Bir məqalədə siqaret çəkən insanların iş həyatında uğursuz olduqları haqqında yazılmışdı” kimi yumşaldıcı ifadələrdən istifadə edərək məqsədinizə nail ola bilərsiniz.

7-ci qayda: “İnam yaradın”
Münasibətlərin bəziləri inamsızlıq ucbatından pozulur.Sevdiyiniz insamda inam yaratmağı bacarmalısınız. Əlinizə keçən ilk fürsətdə sədaqətli olduğunuzu ona sübut edin.Bu sizi hamıdan fərqləndirəcəkdir. Eyni zamanda sizə sonsuz hörmət və sevgi hissi ilə bağlanması üçün başlıca şərtlərdən biridir…

8-ci qayda: ” Ona özünü Şahzadə kimi hiss etməyə şərait yaradın”
Əlbəttə ki, çox olmamaq şərti ilə insanlar hər zaman komlimentlər eşitməyi sevirlər. Sevgilinizə onun xüsusi insan olduğunu, hamıdan üstün olduğunu söz və hərəkətlərinizlə göstərin.Belə olan halda o sizin yanınızda özünü daim yaxşı hiss edəcək.Bunu eşitmək üçün hər zaman yanınızda qalmaq, uzaq səfərlərdən qollarınıza qaçaraq qayıtmaq arzusu ilə alışıb-yanacaq.

9-cu qayda: “Deyingənliyə son”
İnsan övladı pessimist fikirlərlə onu yoran bir sevgilini əsla qəbul etməz. Xoş söhbət etmək və deyinmək arasında uzun və keçilməz sərhədlər vardır. Onunla gülərüz davranın. Hər şey üçün deyinib, qəzəblənməyin heç kimə faydası olmayacaqdır.

10-cu qayda: “Özün kimi ol…”
Rol oynamaq aktyorların işidir. Sən bacardıqca özün ol. Əlindən gələni et ki, təbii iç aləmini ortaya çıxara biləsən. Bir insan məncə elə necə varsa o cürə görünsə yaxşıdır. Qorxmadan gülümsəyin, arzu və istəklərinizi ona rahat-rahat çəkinmədən danışın. Əmin olun təbii bir sevgilini hər bir insan bütün qəlbi ilə sevər.

loading...
(səs: 2)
Şərhlər: 16
Baxılıb: 1284
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
.::ReGiNa::.
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
31 iyul 2016 01:24
16
Geтмe Qαl Deyeɴ Sevɢιlιмιz Olмαѕαdα Seɴ Cαɴιɴ,
- Qαl Bιrαzdα Zeнleмιzι Toĸ Deyeɴ Doѕтlαrιмιz Vαr ...!)
Offline
lale.veliyeva19
əyər o kişinin ürəyində sənə qarşı heçnə yoxdursa kəndirnən bağlasanda qaçar sənin əlinnən məsləhət üçün təşəkkürlər
27 iyul 2016 16:59
15
Offline
MODABAZ
O artıq qadının ozunden aslıdır edeblı exlaqlı geyımın bılmelı
24 iyul 2016 10:42
14
Heyata daim gulmek lazimdii
Offline
dilefruz
mesleherler ucun tesekkur edirem amma qacan kisini hec cur saxlamaq olmur
23 iyul 2016 20:49
13
Sevgi insani yasadan en xosbext duygudur
Offline
Nur Melikzade
Seven insan onsuzda sevdiyinin yanindan ayrilmazkiii.Yaxci meslehetlerdi.saolun.
23 iyul 2016 20:28
12
İmza
Offline
yarpaq33
Her bir qadin baximli olmalidir en esasi ozu ucun

Her bir qadin baximli olmalidir en esasi ozu ucun
23 iyul 2016 16:45
11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
baby baku
ya sevgilim yoxdu yadakiii bunlar lazim deyil

əslində sevdiyim var oda çağatay
23 iyul 2016 14:55
10
sevdiyimsen menimsen canim sevdiyim
Offline
Onun_Mələyi
Saqolsun bacilarmin hamsi menim demek istediymi yazdi...mene qerek qalmadi))
23 iyul 2016 14:34
9
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
vipbetul
kime lazimdirsa oxusun
23 iyul 2016 14:28
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
Nankor kiwiye ferqi yoxdu,deriden qabiqdan da cix qedir bilmir onsuzda.Ona gore bezilerinnen otru elini agdan qaraya vurmaga ehtiyac da yoxdu,ozunuzu yormayin.
Bu yazilanlar dogrudur,ancaq gerek qarwiliqli ola,yani kiwiler de qadini elde saxlamaqdan otru bezi qaydalara emel ede.
23 iyul 2016 14:22
7
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Cindrella
Aldadmaga meyilli sevgili hec neye baxmadan aldadar.Bu qaydalara da emel etmek gerekdir.Gulumsemek lazimdir her an.
23 iyul 2016 12:39
6
Offline
evli.mutlu.cocuklu
Subay xanımlara aiddir
23 iyul 2016 12:25
5
Offline
Barbaris
Onemliler esas baximliliq di bir de ozunu sevdirmelisen.. Nenem hemiwe deyirdi "Can can deyib canini almalisan " kiwinin 122 08 Mende de varda 126
23 iyul 2016 11:51
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
BARBI
Her birine emel etmek lazimdir. Ilk once xanim baximli olmaq lazimdir.
23 iyul 2016 11:47
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 iyul 2016 11:29
2

Sən sadəcə mənimsən...!
Offline
Ariel♡
Deyerli meslehetinize gore tewekkurler.
23 iyul 2016 11:26
1
Huwt

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv