Xoşbəxt evliliyin sirri bu sualdadır

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 807
Səs ver:
(səs: 0)
Evlilik iki insanın xəstəlikdə, sağlamlıqda, yaxşı gündə, pis gündə bir-birinin yanında olacağına söz verdiyi, rəsmi xüsusiyyəti də olan birlikdir.

Cütlər evlənmədən əvvəl özlərinə və bir-birlərinə "Evlilik nədir?" sualını soruşmalıdır. Çünki verəcəkləri cavablar, quracaqları ortaq həyatın təməl daşlarını meydana gətirəcək.

"Evlilik nədir?
" sualına cütlər eyni cavabları vermək məcburiyyətində deyil, ancaq fikirləri fikirləri paralel olmalıdır. Əgər tamamilə zidd fikirdədirsələr onları çətin günlər gözləyəcək.

Xoşbəxt evliliyin sirri "Evlilik nədir?" sualına verilən cavablarda gizlidir.
Cütlərin bu qərarı almanın ərəfəsində özlərinə bu sualı soruşmasında və istədikləri zaman cırıb ata biləcəkləri bir kağıza öz özlərinə verdikləri cavabları yazmalarında böyük fayda vardır. Evlənməyi düşünən bir adamın bu sualların cavablarını bilməsi doğru addımlar atması mövzusunda təyinedici olacaq:

-Niyə evlənmək istəyirəm?

-Evliliklə əlaqədar çəkinəcəklərim nələr?

-Evliliklə əlaqədar ən böyük qorxum nə?

-Evləndikdən sonra həyatımda nələrin dəyişməsini istəyirəm?

-Evləndikdən sonra həyatımda nələrin dəyişməsinə dözə bilməm?

Əgər mənfi cavablar çoxdursa, adam evliliyə hazır deyil və yol yaxınkən evlənməkdən imtina etməlidir. Ancaq özünə düşünmək üçün fürsət verməlidir. Çünki evlilik əvvəli stress mənfi düşünməsinə səbəb ola bilər.

Nəticədə cütlər "Evlilik nədir?" sualını heç olmasa özlərinə qarşı mütləq cavablandırmalıdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 807
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri