Xoşbəxt evliliyin qızıl qaydası

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 130
Səs ver:
(səs: 0)
1- Xoşbəxt anlar yaşayın: Bankda bir hesab açdığınızı düşünün. Bu hesaba nə qədər xoşbəxt an yatırtsanız əlaqəniz də o qədər xoşbəxt və uzun ömürlü olar. Məqsədiniz hesabınızı xoşbəxtliklə doldurmaq olmalı.

2- Bir-birinizə olan maraqsızlığınızın səbəbini tapın: Qısqanclıqlar, həmişə bir yerdə olma, diqqətin uşaqlara keçməsi, maddi problemlər, evlilik məsuliyyətlərinin ağır gəlməsi və həqiqi olmayan gözləmələr cütün bir-birlərinə olan diqqətini azalta bilir.

3- Ağlınızda bir açarlıq xəyal edin: Açarlığınıza şərtsiz sevmə, anlayış, xoşgörüş, yoldaş ola bilmə, səmimiyyət, şəfqət, əmək, səbir və fədakarlıq açarlarını taxın. Açarlığa keçən bütün bu faktlar xoşbəxt evliliyin qapılarının qızıl açarlığını saxlayar.

4- Sevgiliykən etdiklərinizi təkrarlayın: Cütlər nədənsə evlənincə, cəmiyyətin onlara yüklədiyi rollar istiqamətində evlilik müddətində, sevgililiyi bir-birlərinə yaraşdırmazlar. Beləcə qısa müddət əvvəl sevgiliykən yaşadıqları gözəl paylaşmaları evliliklərinə daşıya bilməzlər. Hətta eşqbazlığı evliliyin təbii müddəti olaraq görməmə meyli hakim olar. Halbuki insanları dəyişdirən evlilik deyil, evliliyə baxış şəkilləridir.

Evliliklə birlikdə sevgiliykən etdikləri davranışlardan uzaq dayanan cütlər zaman içərisində həyatın onlara təqdim etdiyi monotonluğu yaşar və sevgilərini, paylaşmalarını sorğulamağa başlarlar. Halbuki sevgiliykən edilən kiçik paylaşmaların davam etməsi əlaqəni atəşlər. Kəslərin özlərini daha yaxşı hiss etməsi və ehtiraslarının davam etdiyini görmək onları bir-birinə bağlar. Köhnə ehtiras və sevgilərinin davam etdiyini görmək ayrıca yeni paylaşmaların artmasına da səbəb olar.

5- Bir-birinizin fikirlərinə hörmət edin: Yoldaşınızın bir mövzu haqqındakı fikirlərinə ya da xəyallarına dəyər verin. Qatılmasınızsa da onun ortaya qoyduğu fikirlərə hörmət edin və sonuna qədər dinləyin.

6- Evliliyinizi monotonluqdan qurtarmaq üçün yeniliklər edin:
Keyfiyyətli zaman keçirmək üçün imkanlar yaradın. Ona gözlənilməz kiçik sürprizlər edin. Xüsusi bir gün olmasa da ona kiçik bir hədiyyə alın. Birlikdə vaxt keçirmək üçün fürsət gözləyin. Ortaq zövqlərinizə uyğun paylaşmalar yaradın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri