Evliliyinizi gücləndirməyin yolları

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 1 840
Səs ver:
(səs: 0)
Əyləncəli olun!
Oyunçu və zarafatcıl ruhunuzu qorumaq, yoldaşınızla olan əlaqənizi də gücləndirəcək. Araşdırmalar, birlikdə əylənən və gülən cütlərin bir-birlərinə daha bağlı olduqlarını ortaya qoyur. Hər həftə, birlikdə əyləncəli bir şeylər etmək üçün zaman ayırın. Birlikdə oyunlar oynayın, zarafatlar edin, velosipedə minin ya da film seyr edin.

Spontane olun!
Sıravi olmayan şeylər edib, anlıq yaşayaraq evliliyinizi canlandırın. Əvvəldən planlamadan tətilə gedin. Heç sınamadığınız amma hər vaxt etmək istədiyiniz fəaliyyətlər üçün bir-birinizi cəsarətləndirin. Bir az spontanlık və macəra gətirərək, evliliyin siz və yoldaşınız üçün maraqlı olmasını təmin edin.

İçində olduğunuz anı yaşayın!
Məşğul həyatlarımız, ümumiyyətlə içində olduğumuz andan zövq almamıza maneə törədir. Davamlı planlar edirik, bir az zaman tapdığımızda da kompüter ya da dərmanlarla vaxt keçiririk. Yalnız yoldaşınızla oturmaq və danışmaq üçün zaman yaradın. Kresloda bir-birinizə sarılıb, həyatla əlaqədar gözləmələrinizdən planlarınızdan bəhs edin. Yoldaşınız danışarkən onu mütləq dinləyin, ona bütün diqqətinizi verin.

Yaxşı və nəzakətli olun!
Uşaqlarımıza ilk öyrətdiyimiz şey başqalarına yaxşı və nəzakətli davranmaları lazım olduğu amma çox təəssüf ki hər vaxt öyrətməyə çalışdığımız davranışın modelliyini edə bilmirik. Daha da pisi ən sevdiyimiz kəslərə yaxşı davranma mövzusunda müvəffəqiyyətsiz olduğumuz zamanlar olur. Kompliment deyin, minnətdarlığınızı bildirin. Əsla sərt tənqidlər etməyin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri