Niyə zəng etmədin? Bütün münasibətlərdə bu mövzuya görə mübahisələr müşaidə olunur. Cavablanmayan mesajlar, gün ərzində zəng edilməməsi problemləri cütlüklər arasında son illərin ən aktual mübahisə mövzusudur.
Ailə mövzusu Hər iki tərəf də ailə ilə bağlı həssas olduğu üçün sənin anan belə dedi, mənim anam elə dedi mövzusu illərdir var. Hal-hazırda da bu mübahisələr davam edir və neçə illik evlilikləri bu söz-söhbətlər bitirib. Sosial mediada münasibətinizi göstərməməyiniz Münasibətiniz yoxdur və ya subay olaraq qeyd etmisinizsə və münasibətiniz olduqdan sonra belə dəyişdirmirsinizsə, bu da bir mübahisə səbəbidir. Əgər evlənmisiniz və evli olaraq qeyd etməmisinizsə, hər an vulkan püskürməsi ola bilər. O bəyənən kimdir? Sosial media həyatımıza girdiyi gündən bu yana tanımadığımız insanlara ünsiyət yaratmaq daha da asanlaşıb. Bəziləri sizi, siz də bəzilərini təqib edirsiniz və ya dostluğunuzda var. Sevgilinizin tanımadığı kiminsə sizin şəklinizi bəyənməsi ən böyük mübahisə mövzularından biridir.
Unutmaq Xüsusi günləri unutmaq və buna görə mübahisə yaşamaq illərdir var və belə təxmin edirik ki, bundan da sonra olacaq.
Online olmaq Yatıram dedikden sonra online görsənməyiniz dava səbəblərinin başında gəlir. Yəqin ki, bir çoxlarınız öz həyatınızda və ya yaxınlarınızda bunun şahidi olmusunuz.