Həyat yoldaşınız üçün ideal qadın olun

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 568
Səs ver:
(səs: 0)
Yaxşı bir münasibətin göstəricisi, eyni zamanda möhkəm bir dost ola bilməkdir. Biz qadınlar özümüzü izah etmək, dərdlərimizi paylaşmaq mövzusunda daha rahat olsaq da eyni şey kişilər üçün etibarlı olmadığında, əlaqədə bir balanssızlıq söz mövzusu olar.

Həmişə siz izah edir, qarşı tərəf sizi dinləyirsə, yoldaşınız sizin probleminizi həll etməyə çalışsa zamanla qarşıdurmalar yarana bilər. Təbii ki, bu hər bir münasibət üçün etibarlı deyil, amma ortalama olaraq belədir deyə bilərik. Qadınlar, münasibətlərində dostluq və səmimiyyət axtararlar. Kişilərin problemlərini bölüşməklərini istəyərlər. Bəs bunu necə etmək olar?

Yoldaşınızın sizə qarşı sanki bir bağlı qutu olmağından və sizə içini tökmədiyindən şikayət edirsinizsə doğru zamanı hələ tuta bilməmisiniz deməkdir. Əgər yorğundursa ya da başqa bir işlə məşğul olursa və ya rahatlamaq istəyirsə, ona suallarla yaxınlaşmanız nəticə verməyəcək. Yaxşı bəs o zaman doğru vaxtı necə tutacaqsınız? Dərhal cavablayaq…

Yoldaşınızın sizə romantik mənada ən yaxın olduğu an birlikdə fəaliyyət etdiyiniz zamandır. Bu, ikinizin də yuxusunun qaçdığı yataq söhbətləri, parkda gəzinti ya da birlikdə televizora baxma zamanı belə ola bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri