Evlilikdə olan maddi çətinlikləri necə yoluna qoymaq olar?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 1 765
Səs ver:
(səs: 0)
1- Üçüncü bir şəxs ilə görüşün
Əgər xərcləmələrinizi planlaya bilmir, hətta büdcəniz haqqında danışmaqda da çətinliklər yaşayırsınızsa, bir mütəxəssislə görüşmənizin zamanı gəlmişdir. Üçüncü bir adam ilə danışmaq, pul mövzularına duyğularınızı qatmadan baxmanızı təmin edəcək. Beləcə borc, təqaüdçülük və ya uşaqlarınızın məktəb xərcləmələri kimi ciddi mövzularda daha məntiqli və planlı ola biləcəksiniz.

2- Bir fikir üzərində uzlaşın
Pul olduqca həssas bir mövzudur çünki özümüzü qeyri-kafi hiss etmə və ya utanma kimi duyğuları asanca tətikləyə bilər. Buna görə bir çox cüt ciddi bir problemlə qarşılaşana qədər pul mövzusunu danışmaqdan çəkinər. Bu da sonrasında daha böyük bir kompleksliyə və hirsə səbəb olar. Bu cür qarışıqlıqlardan qaçmaq üçün bir-birinizə qarşı hər vaxt açıq və dəqiq olun. Tərs düşdüyünüz mövzular olduğundadırsa bir-birinizdə qüsurlar axtarın, bunun yerinə fərqlilikləri təyin edin və orta bir yol tapmağa çalışın. Eyni mali fikir üzərində uzlaşaraq qısa və uzun vədəli hədəflərinizi təyin edin.

3- Borclarınızla birlikdə başa çıxın

Hər nə qədər inkar etmək hisdəsinizsədə, evləndiyiniz zaman yoldaşınızın mali yüklərini də paylaşarsınız. Bu yüklərlə birlikdə başa çıxmaq olduqca əhəmiyyətlidir. Artıq siz bir komandasınız və borcların öhdəsindən birlikdə gəlmək sizi bir-birinizə daha yaxın hiss etdirəcək. Borclarınızı nizamlı ödəyə bilmək üçün izləməniz lazım olan yolu təyin etməli və hər ay bu vəziyyəti nəzərdən keçirməlisiniz.

4- Hər ay büdcənizi danışmaq üçün görüş təşkil edin
Problemlərin partlaq verdiyi anda edilən həyəcanlı müzakirələr, heç bir zaman sağlam olmamışdır. Qışqıraraq və ya əsəbiləşərək bir həllə çata bilməyəcəyinizi bilməlisiniz. Pul mövzularını danışmaq üçün hər ay xüsusi bir zaman ayırın beləcə bütün pul narahatlıqlarınızı, ümumi büdcənizi və xərcləmələrinizi müzakirə edə bilmək üçün bir mühit yaradın. Xərclərinizi və sərmayələrinizi nəzərdən keçirərək, büdcənizin idarənizin altında olduğunu təsdiq edin. Ayrıca bu görüş darıxdırıcı olmaq məcburiyyətində də deyil. Daha əvvəl getmədiyiniz bir restorana gedib bir içki və ən sevdiyiniz yeməyi söyləyin. Mali planlamanızı edərkən bu danışmağı romantik və əyləncəli bir hala gətirin.

5- Xərcləmə qaydaları meydana gətirin

Əvvəldən təyin etdiyin bir limitin xaricinə nə qədər çıxa biləcəyinizi qərarlaşdırın və nəzərdən keçirin. Bu qaydanı büdcənizə görə, birlikdə nizamlayın. Böyük xərcləmələr edəcəyiniz zaman, hər hansı bir sürpriz problemlə qarşılaşmamaq üçün əvvəldən bu mövzunu mübahisə müzakirə edin. Bu strategiya, maddi qərarlarda bərabər söz haqqınız olduğu və bərabər məsuliyyət aldığınızı göstərəcək. Ayrıca bu paylaşma sizi gərəksiz xərcləmələrdən də uzaq tutacaq.

6- Təcili vəziyyətlər üçün bir-birikim edin
Müvəffəqiyyətli bir karieriniz, rahat qazancınız olsa da, fövqəladə vəziyyətlər üçün hazırlıqsızsınızsa, özünüzü maddi bir mübarizə içərisində tapa bilərsiniz. İşsiz qalma, xəstəlik və ya avtomobil qəzası kimi vəziyyətlər hər kəsi bir anda məhv edə bilər, xüsusilə kənarda pulunuz yoxsa. Buna görə səkkiz-doqquz aylıq xərcləmələrinizi qarşılaya biləcək ayrı bir-birikim meydana gətirmək sizin üçün çox əhəmiyyətli olacaq. Beləcə bu müddəti asanlıqla sovuşdura bilər, ailənizi qoruya bilər və maddi narahatlıqlarınızı çox daha üzv sadələşdirə bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri